13 Dekabr 2017, Çərşənbə - 13:13

T.Volff: “Komanda əmri tətbiq edilməyəcək”

T.Volff: “Komanda əmri tətbiq edilməyəcək”

Müəllif: Elçin Zodorov, redaktor

17:19 - 22 İyul, 2017

Mercedes Motorsport-un rəhbəri bildirib ki, onlar sürücülərə komanda əmri verməyə hazırlaşmırlar.

F-1.az xəbər verir ki, Volff onlayn konfrans zamanı bu barədə ünvanlanan suala qətiyyətlə cavab verib.

Toto Volff: “Xeyr, bu olmayacaq. Onların hər ikisi çempionluq uğrunda mübarizə aparacaqsa, biz müdaxilə etməyəcəyik. Bottasın da şansı var. Fettel və Həmilton hər hansı bir yarışda xal əldə etməsələr, vəziyyət dəyişəcək və Valtteri onlara çatacaq. Hər ikisinin çempionluq şansı var və biz istəyirik ki, onlar trasda vuruşsunlar”.

Qeyd edək ki, mövsümün geridə qalan 10 yarışından sonra çempionatın lideri Sebastyan Fetteldən Lyuis Həmilton bir, Valtteri Bottas isə 23 xal geri qalır.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 989
Teqlər , , , , ,
Paylaş

logo