T.Volff: “Kişi kimi uduzmaq lazımdır”

Mercedes-in rəhbərləri Niko Rosberqin Əbu Dabidəki soyuqqanlılığını tərifləyiblər və onu "Əsl Çempion" adlandırıblar.

F-1.az xatırladır ki, Həmilton yarışın sonunda Rosberqi ləngitmiş, amma almaniyalı hər şeyi nəzarətdə saxlayaraq ikinci yeri tutmuşdu.

Bundan başqa, almaniyalı sürücü yarış vaxtı Ferstappenlə mübarizəyə girişmiş və təmas yaşamadan rəqibini keçmişdi.

Pəddi Lou: “Bu idmanda çox adam yarış qazana bilər, amma çempion olmaq üçün dözümlülük vacibdir. Bu mövsüm Formula1 tarixinin ən uzun mövsümü idi və Əbu Dabidə əsl final mübarizəsi izlədik. Rosberqi öndən və arxadan sıxışdırsalar da, özünə diqqət elədi. Maksa hücum edib, keçməli idi və əgər təmas yaşasaydı, onun üçün hər şey bitərdi. Amma o, əsəblərinə nəzarət edə bildi. Onda əsl çempion əlamətləri var”.

Lyuis Həmilton bu il bir neçə dəfə etibarlılıq problemləri yaşamışdı. Amma mövsümün ortasında 7 yarışda 6 qələbə qazanan britaniyalı mövsümün ilk yarısını 1-ci yerdə başa vurmuşdu.

Amma yay tətilindən sonra Rosberq ardıcıl 3 qələbə qazanmış və Malayziyada Həmiltonun mühərriyinin partlaması almaniyalının xal fərqini artırmasına səbəb olmuşdu.

Mercedes Motorsport-un başçısı Toto Volff etibarlılıq problemlərinin çempionatın gedişatına təsir etdiyini etiraf edib, amma Rosberqin çempionluğa layiq olduğunu deyib: “Kişi kimi qazanıb, kişi kimi uduzmaq lazımdır. Bu idman mexaniki idmandır. Əgər başladığınız yerdə dayansanız, irəli gedə bilməzsiniz.

Bu komanda son 3 ildə onlar üçün ən yaxşı bolidi yaratdı və onlar qələbələr qazanıb çempion oldular. Amma, düzdür, Həmilton Malayziya yarışına görə çempion ola bilmədi. Lakin o, Nikonun builki uğurlarını qəbul etməlidir. Peletonun ən istedadlı sürücüsü ilə mübarizə aparıb, çempion olmaq böyük uğurdur! Həm də son illərdə Lyuisə çox yaxın idi. Niko çox güclü sürücüdür və həmişə mübarizə apardı. Onun qeyri-adi xarakteri var və bu xarakter onu çempion edir. O çox dəyərli çempiondur”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*