T.Volff İsveçrənin varlıları arasındadır

Mercedes Motorsport-un başçısı Toto Volff İsveçrənin ən varlı adamları siyahısına daxil olub...

F-1.az xəbər verir ki, varlı adamların çoxu vergi dərəcəsi az olduğu üçün İsveçrədə yaşamağı seçirlər. Onların arasında 92-138 milyon avro aralığında sərvətləri olan Rəykkönen və Fettel də var.

Ancaq aparılan araşdırmalardan məlum olub ki, Mercedes AMG və Williams komandalarının səhmdarı olan Toto Volff Ferrari-nin hər iki sürücüsündən də varlıdır. Həyat yoldaşı Syuzi ilə İsveçrədə yaşayan Volffun sərvəti 368 milyon Avrodur.

Hər il tərtib edilən “İsveçrənin ən varlı adamları” siyahısında Formula1-in başçısı Berni Ekklstounun da adı var. Ekklstounun sərvəti 2.3-2.7 milyard avro aralığındadır. İsveçrədə yaşayan Mixael Şumaxerin varidatı isə 644-736 milyon avro aralığındadır.

, , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*