T.Volff: “Heyətimizi dəyişməyəcəyik”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, komanda növbəti mövsümdə sürücü heyətini dəyişməyəcək.

F-1.az xatırladır ki, Bottasın komanda ilə müqaviləsi mövsümün sonunda başa çatır və son günlərdə çıxan xəbərlərə əsasən, Alonso finlandiyalı sürücünü əvəz edə bilər.

Toto Volff: “Niko Rosberq bolidin təkmilləşməsində önəmli rol oynadı. Mühəndis kimi işləyirdi. Valtteri onu əvəzləyəcək ən yaxşı sürücü idi. Komandada abu-hava tamamilə dəyişdi.

Lyuis və Niko ilə çox fərqli mərhələlərdən keçdik. Dostluq rəqabətə və düşmənçiliyə çevrildi. Lakin Valtteri və Lyuis arasında problem yoxdur. Bir-birinə hörmət edirlər və yaxşı nəticələr almaq istəyirlər. Lyuis qışda çox dəyişdi. Yalqız canavar rolundan çıxıb əsl komanda oyunçusuna çevrildi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*