T.Volff həmyerlisinin müdafiəsinə qalxıb

Mercedes Motorsport-un rəhbəri Toto Volff rəqib komandanın sürücüsü Fetteli müdafiə edib.

F-1.az xatırladır ki, almaniyalı sürücü İtaliya yarışının startında Həmiltona təmas edərək yerində fırlanmış və rahatlıqla qalib gələ biləcəyi yarışda yalnız 4-cü ola bilmişdi. Beləliklə, əsas rəqibi və çempionatın lideri Həmiltonla fərq 30-a yüksəlib. Buna görə də Fettel hazırda tənqidlərin əsas hədəfinə çevrilib.

Toto Volff: “Tərəfsiz deyiləm, amma, məncə, Lyuis son illərin ən güclü sürücüsüdür. Buna baxmayaraq, Sebastyana qarşı edilən tənqidlər ədalətli deyil. Əgər qələbə şansı varsa, emosional olur və aqressivlik edir. Buna cəsarət lazımdır. Amma bəzən qəzalar olur. Ancaq unutmayın ki, Seb 4 dəfə çempion olub. Bunu qəbul etməlisiniz.

Həmin döngədə Həmilton da yerində fırlana bilərdi və yarışın ssenarisi tam fərqli olardı”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*