17 Dekabr 2017, Bazar - 10:13

T.Volff: “Həmiltonun düşmənə ehtiyacı var”

T.Volff: “Həmiltonun düşmənə ehtiyacı var”

Müəllif: Rauf Hacıyev, redaktor

17:50 - 09 Oktyabr, 2016

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Həmilton son yarışa qədər çempionluq mübarizəsi verəcək və əlavə edib ki, çempion sürücülərin bəzən yaxşı performans göstərmələri üçün düşmənə ehtiyacları var.

F-1.az xatırladır ki, Rosberq Yaponiyada qalib gələrək, liderliyini bir az da möhkəmləndirdiyi halda, Həmilton yarışı 3-cü yerdə bitirib və britaniyalı hazırda liderdən 33 xal geridə qalır.

Toto Volff: “Hələ bitməyib. Növbədə 4 yarış var. Lyuis özünə gələcək. Bunu əvvəl də görmüşük. Niko ardıcıl 7 qələbə qazanandan sonra Lyuis mövsümün ortasında ardıcıl qələbələr qazanmışdı. O çox güclüdür və bəzən düşmənə ehtiyacı olur. Bəzən belə olur. Sıx mübarizə olacağından şübhə etmirəm. Sona qədər mübarizə aparacaq”.

Volff bildirib ki, Həmiltonla yarışdan sonra danışmaq doğru olmaz: “Bu cür yarışdan sonra yaraya barmaq basmaq doğru olmaz. Sakitləşməlidir və hadisələri analiz etməlidir. Özümüzə gəlməliyik. Təcrübələrimə əsaslanaraq deyirəm ki, yaşananlardan 24 saat sonra hadisələr sizə daha fərqli görünür. Buna görə də Lyuisi yenidən hazırlamalıyıq. O çox güclü formada qayıdacaq.

Ostin yarışına 10 gün var və buna görə də keçən həftəki kimi tələsik olmayacaq. Lyuis Malayziyada, doğrudan da, çox güclü idi və yarışa hegemonluq edirdi. Amma mühərrik probleminə görə onu məyus etdik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 110
Teqlər , , , ,
Paylaş

logo