T.Volff: “Həmiltonu qəfəsə sala bilmərik”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Lyuis Həmiltona heç bir məhdudiyyət qoymaq fikirləri yoxdur.

F-1.az xatırladır ki, britaniyalı sürücü son illərdə şəxsi həyatı ilə gündəmə gəlir. 32 yaşlı sürücü demək olar ki, hər həftə əyləncə məkanlarında olur və geyim tərzinə görə də həmkarlarından fərqlənir.

Toto Volff: “Əgər Lyuis Ferrari-nin yol maşınını sürürsə, bu o deməkdir ki, Lyuis sadəcə yol maşını sürür. Buna görə ona qəzəblənə və ya onu qəfəsə qoya bilmərik. Çətin bir vaxtda ehtiyacımız olan pilot Lyuisdir.

Həmilton və Rosberqlə yarışdığımız dövrlərdə biri xoşbəxt, digəri isə məyus olurdu. Həmişə belə idi. İndi fərqli atmosferə sahibik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*