19 Noyabr 2018, Bazar ertəsi - 13:26

T.Volff: “Həmilton Çində qələbə qazanacaq”

T.Volff: “Həmilton Çində qələbə qazanacaq”

Müəllif: Rauf Hacıyev, redaktor

08:41 - 07 Aprel, 2017

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, sürücüsü Lyuis Həmilton Avstraliyada qələbəni əldən verdikdən sonra Çində daha istəkli olacaq.

F-1.az xatırladır ki, Həmilton yarışa pouldan başlasa da, təkərləri tez yeyilmiş və pitə əsas rəqibi Fetteldən tez girməli olmuşdu. Britaniyalı sürücü pit-stopdan çıxdıqdan sonra Ferstappenin arxasında trafikə düşmüş və vaxt itkisinə görə yarışı ikinci bitirməli olmuşdu.

Toto Volff: “Lyuis hazırda çox güclüdür, hətta son 4 ildəki ən güclü Lyuisdir. Bunu trasda və trasdankənar hərəkətlərinə görə deyirəm. Artıq əsl peşəkardır və işlə əyləncə arasındakı balansı yaxşı tənzimləyir.

Formula1-də uğurlu olmaq üçün qarşınıza məqsəd qoymalı və ona görə addımlar atmalısınız. Lyuis də bunu necə edəcəyini yaxşı bilir. Buna görə də son 3 mövsümdə əla çıxış edir. Avstraliyada qələbəni əldən verdiyi üçün çox hirslidir. Çində yenidən zirvəyə yüksəlməsini gözləyirəm. Ümid edirəm ki, komanda adına gözəl yarış olar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 549
Teqlər , , , , ,
Paylaş

logo