16 Dekabr 2017, Şənbə - 22:35

T.Volff: “Fettelin qələbəsi qurma deyildi”

T.Volff: “Fettelin qələbəsi qurma deyildi”

Müəllif: Rauf Hacıyev, redaktor

06:13 - 30 May, 2017

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, cari mövsümdə əsas rəqibləri Ferrari komandası Monakoda qəsdən Fettelə qələbə qazandırmayıb.

F-1.az xatırladır ki, Kimi Rəykkönen Monako yarışına pouldan başlasa da, Sebastyan Fettel omdan 5 dövrə daha gec pitə girərək, liderliyi ələ keçirmişdi.

Toto Volff: “Təkərlərin performansı müəmmalı idi. İki sürücüdən biri SuperSoft təkərlərə keçirilməli idi. Amma göründüyü kimi, SuperSoft təkərlər o qədər də sürətli olmadı və Sebastyan komanda yoldaşı Kiminin pitindən sonra UltraSoft təkərlərlə əla dövrələr vurdu. Bu əvvəldən planlaşdırılmamışdı. Günün sonunda həm Sürücülər, həm də Mühəndislər Kuboku üçün əla nəticə qazandılar. Haqlı qələbə idi. Qazanmağa layiq idilər. Dubl etmək gözəl hissdir. Ferrari-ni təbrik edirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 008
Teqlər , , , , , ,
Paylaş

logo