T.Volff: “Ferrari-nin tempi bizi təəccübləndirdi”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Ferrari Belçikadakı performansı ilə onu təəccübləndirib.

F-1.az xatırladır ki, yarış ərzində Həmiltonla Fettel arasındakı fərq 2 saniyədən artıq olmayıb.

Toto Volff: “Yeni UltraSoft təkərlərimiz yox idi. Hamısından sıralanma turunda istifadə etmişdik. Ferrari-nin isə yeni bir dəsti var idi. Texnik direktorumuz Ceyms Əllison son 13-14 dövrə ü üçün ən yaxşı təkərlərin Soft olduğunu deyirdi. Yarışa restart verildikdə üstün olacağımıza əmin idi. Ferrari-nin bu həftə göstərdiyi performans bizi təəccübləndirdi. Bu tras da Silverstoun kimi onlar üçün əlverişli deyil. Gözlədiyimizdən daha yaxın idilər. Bolidi təkmilləşdirmək üçün çox işləməliyik. Sürətli olmaq üçün yeni detallar gətirməliyik. Asan olmayacaq”.

, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*