T.Volff Braunu dəstəkləyib

Toto Volff Formula1-in inkişafına kömək etmək üçün idmana qayıtmağa hazırlaşan Ross Brauna dəstək verib.

F-1.az xatırladır ki, Ross Braun Benetton, Ferrari və Brawn GP ilə dünya çempionu titullarını qazanıb və 2013-cü ildə Formula1-dən gedib.

Toto Volff Brauna dəstək verib: “Ross əgər liderlik üçün Formula1-ə gələcəksə və bu səsvermə ilə olacaqsa, mən səsimi ona verəcəm. Rossun böyük təcrübəsi var və ən doğru adamdır. Texniki bilgisi ilə Formula1-in inkişafına töhfəsini verə bilər”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*