T.Volff: “Başqa alternativlərimiz var”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, 2019-cu il üçün əsas seçimi öz akademiyasının sürücüləri arasından edəcəklər, amma başqa alternativləri də var.

F-1.az xatırladır ki, mövsümün sonunda həm Lyuis Həmiltonun, həm də Valtteri Bottasın komandası ilə müqavilələri başa çatır. Toto Volff daha əvvəl demişdi ki, əsas seçimləri Bottas, Həmilton, Okon və Rassell olacaq.

Toto Volff: “Dediklərim təhrif olunub. Növbəti mövsümdə Mercedes-in sürücülərinə sadiq olacağımı demişdim. Amma başqa sürücülər də diqqətimizdədir və bunlardan biri Rikkardodur. Öncə sadiqlik, daha sonra digər sürücülər. Məsələn, Fernando Alonso. Əvvəlki münasibətlərində problemlər yaşamasaydı, böyük ehtimalla 10 dəfə çempion olardı. Çox qüsursuz yarışır. Formula1-də hər şey münasibətə bağlıdır. Fernando artıq fərqli bir adam olsa da, on il əvvəl yaşananların acısını çəkir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*