T.Volff ata olacaq

Mercedes Motorsport-un başçısı Toto Volff və keçmiş sürücüsü Syuzi Volffun ailəsində artım gözlənilir - Bild-in verdiyi xəbərə görə, uşaq gələn ilin aprelində dünyaya gəlməlidir.

F-1.az xatırladır ki, Toto və Syuzi Stoddart 2011-ci ilin oktyabrında evlənmişdilər, amma bu illər ərzində uşaq barədə heç düşünməmişdilər. Syuzi əvvəlcə DTM-də çıxış edirdi, sonra isə Williams komandasında development sürücü kimi çalışırdı. Keçən ilin sonunda isə şotlandiyalı sürücü karyerasını başa vurduğunu elan etmişdi…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*