19 Noyabr 2017, Bazar - 19:43

T.Volff: “Aranı qarışdıran Rosberq idi”

T.Volff: “Aranı qarışdıran Rosberq idi”

Müəllif: Rauf Hacıyev, redaktor

13:09 - 20 İyun, 2017

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Rosberq-Həmilton münasibətində aranı qarışdıran almaniyalı sürücü olub.

F-1.az xatırladır ki, iki sürücü 2013-2016-cı illərdə Mercedes komandasında birgə çıxış etmiş və bu müddət ərzində Həmilton iki dəfə, Rosberq isə bir dəfə titul qazanmışdı. Almaniyalı sürücü çempion olduqdan 5 gün sonra istefa verərək, Formula1 karyerasını bitirmişdi. Mətbuat bu mübarizədə britaniyalı sürücünün daha aqressiv olduğunu düşünsə də, Volff bu iddiaları təkzib edib.

Toto Volff: “Keçən il komandada aranı qarışdıran sürücü artıq bizimlə deyil. O daha aqressiv idi. Niko rəqibinin stabil çıxışını pozmaq üçün əlindəki bütün silahlardan istifadə edirdi.

2014-cü ildə Monakodakı sıralanma turu barədə də danışmaq istəyirəm, lakin necə yazacağınızı bilmirəm. Bu hadisə münasibətlərinə mənfi təsir etdi. Böyük qalmaqal idi.

Amma hər il vacib bir şəxs onların münasibətinə ciddi formada təsir etdi. Bir idmançı olaraq, yüksək səviyyədə işlədiyinizdə, həssas olursunuz. O şəxs hər ikisinə də təsir edirdi.

Rosberq və Həmilton fərqli şəraitdə böyüyərək gəldilər və kiçik yaşdan bir-birilə yarışdılar. Amma çempionluğa oynayacaq güclü bolidiniz varsa, yelkənlər aşmalıdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 116
Teqlər , , ,
Paylaş

logo