T.Volff: “Alonsonu transfer etməyəcəyik”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Fernando Alonso ilə müqavilə bağlamayacaqlar.

F-1.az xatırladır ki, Fernando Alonsonun komandası McLaren Honda ilə müqaviləsi mövsümün sonunda bitir və ispaniyalı sürücü yarış qazana bilən bir komandaya keçmək istəyir. Hazırda isə yeganə boş yer Mercedes komandasındadır. Lakin almanlar daha əvvəl Həmiltonla problem yaşamış Alonsonu yox, Bottası seçmək qərarına gəliblər.

Toto Volff: “Onunla müqavilə bağlamayacağıq. Bunu əvvəl də dedik. Fernandonun Mercedes ilə bir keçmişi var və bu yaxşı deyildi. Çox istedadlı sürücüdür və buna şübhəm yoxdur. Amma hazırda alternativlərimiz arasında deyil.

Valtteri Mercedes-dəki ilk mövsümündə əla çıxış edir və onunla davam etməmək axmaqlıq olar. Lyuislə yaxşı yola gedirlər və iki sürücü arasındakı münasibət vacibdir. Danışıqlar davam edir. 2019 və 2020-ci ildə hadisələrin necə cərəyan edəcəyinə baxacağıq. Boş yerlər olacaq. Bazarda boş qalan sürücülər olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*