24 Sentyabr 2017, Bazar - 09:13

T.Volff: “3-4 komanda qələbə uğrunda mübarizə aparacaq”

T.Volff: “3-4 komanda qələbə uğrunda mübarizə aparacaq”

Müəllif: Rauf Hacıyev, redaktor

09:09 - 24 İyun, 2017

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Azərbaycanda cümə günü sərbəst yürüşlərindən sonra 10-cu yerdə qalan Həmiltona görə narahat deyillər.

F-1.az xəbər vermişdi ki, Həmilton birinci sərbəst yürüşlərdə 5-ci, ikinci sərbəst yürüşlərdə isə 10-cu yeri tutub.

Mercedes komandasının digər sürücüsü Valtteri Bottas isə birinci sessiyada 6-cı, ikinci sessiyada isə 0.1 saniyə fərqlə ikinci yeri tutub.

Toto Volff: “Problemimiz yoxdur. Bakıda yaxşı temp tutmaq və özünə inam lazımdır. Sessiya bərbad keçdi və davamlı sarı bayraqlar sallanırdı. Sürücüləri doğru zamanda trasa göndərə bilmədik.

Həmişə narahat oluram. Bakıda 3-4 komanda rəqabətədavamlı görünür. Yarış tempində bunu görmək mümkündür. Sıralanma turu önəmlidir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 195
Teqlər , , , ,
Paylaş

logo