19 Noyabr 2017, Bazar - 08:55

T.Volff: “Gənc sürücülərimizdən razıyam”

T.Volff: “Gənc sürücülərimizdən razıyam”

Müəllif: Rauf Hacıyev, redaktor

21:27 - 12 Fevral, 2016

Mercedes-in Avtoidman bölməsinin direktoru Toto Volff bildirib ki, Paskal Verlyayn və Esteban Okonun 2016-cı ildəki rollarından razıdır…

F-1.az xatırladır ki, Paskal Verlyayn keçən il DTM seriyasında çempion olaraq, bu titula yiyələnən ən gənc sürücü olub. Verlyayn bu həftənin əvvəlində Manor komandası ilə müqavilə bağlayıb və bu il Formula1-də debüt edəcək.

Esteban Okon isə 2015-ci ildə GP3 seriyasında Dünya Çempionu olub. Fransalı sürücü yeni mövsümdən etibarən həm Renault komandasında ehtiyat sürücü, həm də DTM seriyasında Mercedes komandasının sürücüsü olacaq.

Toto Volff sürücülərini dəyərləndirib: “Bu iki sürücünün də Formula1-də olması məni sevindirdi və bu F1 üçün qazancdır.

Verlyayn və Okon artıq özlərini sübut ediblər. Hər ikisi də 2016-cı ilə öz seriyalarının çempionu kimi girirlər, amma onlar hələ yolun başlanğıcındadırlar. Öz ayaqlarının üstündə durmağı öyrənməlidirlər.

Bu il onlar üçün vacibdir. Biz Gənc Sürücülər proqramımızı təkmilləşdirməklə yanaşı onları da izləyəcəyik.

Verlyayn və Okonu çətin mübarizələr gözləyir və buna görə çox xoşbəxtik.

Bizim əsas məqsədimiz onlar üçün yaxşı atmosfer yaratmaqdır. Manor və Renault ilə danışıqlar apardıq. Onlar da sürücülərimizə ideal fürsətlər təqdim etdilər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 208
Teqlər , , , , ,
Paylaş

logo