T.Kravits: “Kimi Fetteli keçə bilməsə…”

Məşhur Formula1 şərhçisi Ted Kravits bildirib ki, Kimi Rəykkönen komanda yoldaşı Fetteli qabaqlaya bilər.

F-1.az xatırladır ki, iki sürücü 2015-ci ildən bəri komanda yoldaşı olsalar da, bu dövr ərzində finlandiyalı sürücü komanda yoldaşına qarşı üstünlük qazana bilməyib.

Ted Kravits: “Bu, çox çətin sualdır. Kimini çoxdan tanıyıram. Mənə heç vaxt yalan danışmayıb. Kimi mənə dedi ki, Sebastyanla mübarizə apara bilər. Bəs bu necə mümkün olacaq? Mövsümün bir nöqtəsinə qədər aralarında mübarizə olacaq. Keçən il Monakoda iki sürücü mübarizə aparsa da, komanda Fetteli seçdi. Amma onların hansı vəziyyətdə olmasına baxmayaraq, Ferrari əksər hallarda Sebastyanı seçir. Bütün diqqətlərini almaniyalıya yönləndiblər. Kimi özünü daha yaxşı göstərməlidir. Məsələn, keçən il Monakoda birinci pit-stopa qədər sürətli olsaydı, Sebastyanın taktikası işləməzdi. Məncə, Kimi Fetteli keçə bilməyəcəyini anlasa, yarışmaz”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*