17 Oktyabr 2018, Çərşənbə - 05:08

S.Volff Williams-da qalacaq

S.Volff Williams-da qalacaq

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:17 - 23 Yanvar, 2013

Bu günün əsas xəbərlərindən biri Toto Volffun Mercedes AMG komandasına keçməsidir – Toto, komandanın məxsus olduğu şirkətdə icraçı direktor vəzifəsini […]

Bu günün əsas xəbərlərindən biri Toto Volffun Mercedes AMG komandasına keçməsidir – Toto, komandanın məxsus olduğu şirkətdə icraçı direktor vəzifəsini tutacaq. Ona görə də hamını bir sual maraqlandırırdı: formal olaraq Williams komandasının test sürücüsü olan Syuzi Volffun taleyi necə olacaq?

Əvvəllər Almaniyanın DTM çempionatında çıxış edən Syuzi özü bu suala Twitter bloqunda cavab verib: “Aydınlıq gətirirəm: mən fəxr edirəm ki, Williams komandasının heyətindəyəm və mənim komandanı tərk etmək məsələm heç bir zaman qaldırılmayıb.”

Amma ictimaiyyət arasında 30 yaşlı şotlandiyalı sürücünün digər kəlməsi maraq doğurub: “Ərimə görə çox şadam, amma biz trasda onunla mübarizə aparacayıq.”

Əlbəttə, xanım Volff yəqin ki, Mercedes AMG və Williams komandalarının mübarizəsini nəzərdə tutub…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 182
Teqlər , , ,
Paylaş

logo