A.Sutil: “Mənim Formula1 karyeram hələ başa çatmayıb”

Formula1-də beş mövsüm keçirdikdən sonra Adrian Sutil 2012-ci ildə işsiz qaldı. Bir çox ekspertlər alman sürücünü istedadlı saysalar da, Adrianın […]

Formula1-də beş mövsüm keçirdikdən sonra Adrian Sutil 2012-ci ildə işsiz qaldı. Bir çox ekspertlər alman sürücünü istedadlı saysalar da, Adrianın çempionatdan uzaq düşməsinin səbəbini Lotus komandasının həmsahibi Erik Lyuksla aralarında olan insident və məhkəmə aradşırmasında görürlər.

Keçən il komandalar onunla müqavilə bağlamaqdan ehtiyat etdilər, çünki sürücünün zindana düşmək ehtimalı var idi, amma məhkəmə fərqli qərar qəbul etdi, Lyuks və Sutil bir-birinin əllərini sıxdılar və Avropa mətbuatı sürücünün karyerasının davamı mövzusunda müzakirələrə başlayıb.

Adrian Formula1-dən imtina etməyə hazır deyil, şayiələr gəzir ki, Sutil artıq mövsümün gedişində komandalardan birinə dəvət oluna bilər. Məsələn, əgər Pol di Resta Ferrari-də Felipe Massanı əvəz edərsə, Adrian keçmiş komandasına qayıda bilər.

Barselonada Sutil jurnalistlərə bildirib ki, artıq bir neçə komanda ilə danışıqlar aparıb, amma hələlik hazır qərarı yoxdur…

Adrian Sutil: “Mən paddoka qayıtmaq üçün Barselonanı seçdim və əvvəllər işlədiyim insanları görməyə çox şadam. Mən komandalarla danışıqlar aparıram, amma hələlik çempionatda vakansiya yoxdur və indi heç kim dəqiq cavab verə bilməz. Mən onlar tərəfindən müqavilənin imzalanmasına maraq görürəm, ona görə də mən yaxşı fiziki formanı saxlamaqla təklif gözləməliyəm.

Mənim müqaviləm sponsorlardan asılı deyil, mən menecerimlə komandaları pulla almaq istəmirik – beşillik çıxışımdan hamı bilir ki, mən nəyə qadirəm. Mən işimə görə pul almaq istəyirəm və hesab edirəm ki, bizim idman üçün güclü komandalarda istedadlı sürücülərin çıxış etməsi çox vacibdir.

İnsident məsələsi arxada qalıb, heç bir məhdudiyyət yoxdur – mən bütün dünyanı azad gəzə bilərəm və əvvəllər məşğul olduğum işlə məşğul ola bilərəm…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*