A.Sutil Force İndia-ya inanır

Adrian Sutilin fikrincə, Force İndia və McLaren-in texniki əməkdaşlığının tam potensialı bir neçə yarışdan sonra açılacaq. Nə Sutil, nə də […]

Adrian Sutilin fikrincə, Force İndia və McLaren-in texniki əməkdaşlığının tam potensialı bir neçə yarışdan sonra açılacaq. Nə Sutil, nə də onun komanda yoldaşı Cankarlo Fizikella mövsümün ilk iki yarışında xal toplaya bilməyiblər, sıralanma turlarında isə onlar heç ikinci sessiyaya keçə bilməyiblər. Amma Britaniyanın Autosport qəzetinə müsahibəsində alman sürücü əminliklə bildirib ki, yaxın vaxtlarda maşın modernizə olunacaq…

Adrian Sutil: “Force İndia-McLaren ittifaqının böyük potensialı var. Hələlik vəziyyət çətindir, çünki testlər az olub və biz aşssini cəmi 120 günə qurmuşuq, ona görə də rəqiblərimizə çatmaq asan deyil. Lakin komanda yeni aerodinamik elementlər hazırlayıb, hazırda onların aerodinamik boruda sınağı gedir və ilkin nəticələr yaxşıdır. Amma məlum deyil ki, yeni elementlərin səmərəsəi nə dərəcədə olacaq, çünki rəqiblərimiz də yerlərdinə durmurlar və maşınlarını təkmilləşdirirlər.

Amma mən komandaya inanıram. Hələlik mən maşının normal işindən razıyam, etibarlılıqla problemimiz yoxdur və bu pis deyil, çünki biz çoxlu məsafə qət etməliyik ki, VJM02-ni daha yaxşı öyrənək.

Komandanın əhvalı yüksəkdir. Atmosfer əladır və mən razıyam. Əgər komandada sənə rahatdırsa – bu həmişə yaxşıdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*