16 Dekabr 2017, Şənbə - 07:25

Sürücülərin başın mühafizə sistemləri barədə fikirləri

Sürücülərin başın mühafizə sistemləri barədə fikirləri

Müəllif: Rauf Hacıyev, redaktor

12:33 - 30 Aprel, 2016

FİA gələn ildən etibarən sürücülərin başının mühafizə sistemini Formula1-də reqlamentdə bərkitmək istəyir. Dünən isə Red Bull ilk dəfə öz sistemini trasda test edib..

F-1.az xatırladır ki, Formula1-də ağır qəzalar artıb və buna görə də başın mühafizə sistemlərinə ehtiyac yaranıb. Ferrari komandası mövsümöncəsi Barselona testlərində özünün hazırladığı halo sistemini təqdim etmişdi və bu sistem bəzi sürücülərin, eləcə də azarkeşlərin xoşuna gəlmədiyi halda, bəzi sürücülər bu sistemin təhlükəsizlik üçün vacib olduğunu qeyd etmişdilər.

Dünən isə Red Bull komandası isə Rusiya QP-nin birinci sərbəst yürüşlərində AeroScreen (aeroekran) sistemini test edib və növbəti dəfə Formula1 Dünyası iki yerə bölünüb.

Bəzi sürücülər ümumilikdə mühafizə sistemi istəmir. Bəziləri Ferrari-nin halo sistemini, bəziləri isə Red Bull-un aeroekran sistemini istəyir.

Felipe Massa: “Düzünü desək, Red Bull-un sistemi heç də gözəl deyil. Ferrari-nin sistemi daha yaxşı idi. Ancaq mən həmişə təhlükəsizliyin tərəfdarı olmuşam”.

Lyuis Həmilton: “Trasda çəkilmiş bəzi şəkilləri gördüm. Bərbad görünür”.

Fernando Alonso: “Red Bull-un sistemi estetika cəhətdən daha gözəl görünür, amma son qərarı FİA verəcək. Ümid edirəm ki, daha çox sistem üzərində işləyərik və test edərik. Çünki bu testlərə təzə-təzə başlayırıq. Ümid edirəm ki, ən yaxşı sistemi seçərik”.

Roman Qrojan: “Halo sistemi daha yaxşıdır. Çünki gərək dəbilqə hava ilə təmas etsin. Amma aeroekranda elə bil ki, qapalı bir avtomobildə sürürsünüz. Buna görə də mən halonu seçirəm”.

Daniil Kvyat: “Düzgün seçim bizi daha yaxşı qoruyacaq. Amma azarkeşlərin reaksiyası da bizə maraqlıdır. Məncə, azarkeşlərin də fikrini soruşmaq lazımdır”.

Niko Hülkenberq: “Red Bull-un sistemi daha gözəl və cəlbedicidir. Artıq bu sistemlərdən qaça bilmərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 332
Teqlər , , , , , , , , ,
Paylaş

logo