Sürücülər start vaxtını dəyişmək istəyirlər

Formula1 sürücüləri Berni Ekklstouna təhlükəsizlik baxımından Avstraliya və Malayziya Qran Prilərinin startının daha erkən vaxta keçirilməsi xahişilə müraciət etmək fikrindədirlər. […]

Formula1 sürücüləri Berni Ekklstouna təhlükəsizlik baxımından Avstraliya və Malayziya Qran Prilərinin startının daha erkən vaxta keçirilməsi xahişilə müraciət etmək fikrindədirlər. Melburn yarışının sonuna yaxın tras artıq qaranlığa qərq olmuşdu, batmaqda olan günəş isə əlavə çətinliklər yaradırdı, Sepanqda isə tropik yağış üzündən yarışı yarımçıq dayandırıblar.

Formula1-in kommersiya başçısının fikrincə, yerli vaxtla saat 17:00-a təyin edilmiş start Avropa televiziya reytinqlərinin armasına səbəb olur, amma sürücülər hesab edirlər ki, təhlükəsizlik problemləri start vaxtını bir ssat irəli çəkməklə həll oluna bilər. Britaniyanın Autosport qəzetiniin verdiyi xəbərə görə, Formula1 sürücülərinin həmkarlar ittifaqı (GPDA) bu problem barədə FİA-ya mövsümün ilk iki yarışının hesabatında yer ayrımaq niyyətindədir. Deyəsən, GPDA eyni müraciəti Verni Ekklstouna da ünvanlayacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*