Sürücülər R.Kubitsaya video müraciət göndəriblər

Çempionatın rəsmi saytında iki həftə əvvəl Barselona testlərində çəkilmiş videoçarx yerləşdirilib: videoda Formula1 sürücüləri Robert Kubitsaya tezliklə sağalmasını və trasa […]

Çempionatın rəsmi saytında iki həftə əvvəl Barselona testlərində çəkilmiş videoçarx yerləşdirilib: videoda Formula1 sürücüləri Robert Kubitsaya tezliklə sağalmasını və trasa qayıtmasını arzu edirlər.

Demək olar ki, sürücülərin hamısı, hətta bəzi test sürücülər də bir neçə söz söyləyiblər, video müraciət on dəqiqə çəkir. Ən başlıcası isə hamının çox səmimi olması görsənir.

Bəlkə də ən çətin vəziyyətdə Nik Haydfeld olub, məhz almaniyalı sürücü zədələnmiş Roberti qarşıdakı mövsümdə Lotus Renault GP komandasında əvəz edəcək. Amma Nik də tam səmimi olub: “Yəqin ki, məni sənin maşınının sükanı arxasında və Lotus Renault GP-nin uniformasında görmək sənə çox təəccüblüdür, əslində mən əmin deyiləm ki, sən məni görməyə şadsan. Amma mn ümid edirəm ki, bu səni daha tez sağalmağa motivə edir.”

Robertlə əməkdaşlığından tam razı olmayan Vitaliy Petrov da komanda yoldaşına kömək üçün müraciət etməsini təklif edib: “Əgər sənə kömək lazımdırsa, mənə bildir, zəng elə ya da SMS göndər. Ümid edirəm ki, mənim nömrəm səndə var. Mən birinci reyslə gələcəm. Biz sənin üçün darıxırıq. Ümid edirəm ki, sən trasda olduğun sürətlə sağalacaqsan.”

Heykki Kovalaynen isə Robertə növbəti dəfə rallidə birlikdə çıxış etməyi təklif edib: “…Amma Finlandiyada qışda çıxış etməliyik. Bizim yollarda dəmirdən qoruyucu baryerlər yoxdur, yalnız qardan baryerlər düzəldirlər. Məncə, bizim komandaların rəhbərləri razı olarlar.”

Bir neçə dəfə Robertin sevdiyi oyun – pokerdən söhbət gedib.

Sebastyan Fettel gülərək deyib ki, “biz bilirik sən yaxşı kart oynayırsan və şən oğlansan, amma ümid edirəm ki, hospitalda digər xəstələrlə oynayanda bütün pullarını uduzmayacaqsan. Tez qayıt: axı biz də pul udmaq istəyirik.”

Bu fikirlə Kamui Kobayaşi də, Timo Qlok da razılaşıblar, almaniyalı sürücü əlavə edib: “Qayıt: keçən il sən məndən böyük məbləğ udmusan, indi mən geri qaytarmaq istəyirəm.”

Fernando Alonso isə Roberti ən yaxşı dostu adlandırıb: “Formula1 sürücüləri arasında isti münasibətlər nadir olur, amma Robert bəlkə də peletonda yeganə sürücüdür ki, Formula1-i mənim kimi qəbul edir: bizim hər ikimiz bilirik ki, nə istəyirik. Amma biz burda dostluq etmək üçün deyilik, biz bura qələbə qazanmaq üçün gəlmişik. Robert çox iradəli oğlandır, çox güclü adamdır. Məncə, adi insan bu qəzadan sonra bir ilə sağalarsa, Robert altı aya tam formada olacaq, çünki o supermendir!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*