Sürücülər müdafiədə səhvə görə ciddi cəzalar tələb edirlər

Formula1 sürücüləri yarışın direktoru Çarli Uaytinqdən xahiş ediblər ki, mövqeyini müdafiə edərkən qaydaları pozan, xüsusən də, trayektoriyasını bir neçə dəfə […]

Formula1 sürücüləri yarışın direktoru Çarli Uaytinqdən xahiş ediblər ki, mövqeyini müdafiə edərkən qaydaları pozan, xüsusən də, trayektoriyasını bir neçə dəfə dəyişən sürücüləri pit-leyndən keçməklə cərimə etsin.

Cümə günü Uaytinqlə ənənəvi görüş zamanı sürücülər xahiş ediblər ki, FİA-nın idman kodeksinin L əlavəsinə istinadən Malayziya Qran Prisində Vitaliy Petrovun hücumlarından müdafiə olunarkən Lyuis Həmiltonun bir neçə dəfə trayektoriyanı dəyişməsini izah etsin.

Görüşdən sonra Yarno Trulli Autosport-un jurnalistlərinə bildirib: “Qaydalarda yazılıb ki, trayektoriyanı yalnız bir dəfə dəyişmək olar, amma Lyuis yalnız xəbərdarlıq aldı. Sürücülərin əksəriyyəti hesab edir ki, bu cür hərəkətlər trasda yolverilməzdir, fərqi yoxdur qaydanı kim pozur – Həmilton ya da başqası. Belə qayda pozuntusu zamanı sürücüyə xəbərdarlı edilməməlidir, sürücü cərimə olunmalıdır, çünki o başa düşməlidir ki, bir daha belə eləmək olmaz. Məncə, Çarli bizi başa düşdü, amma faktiki olaraq, biz sadəcə qaydaalrı dəqiqləşdirdik.

Söhbət Lyuisdən getmir, şəxsən mən həmin insidenti görməmişəm, amma bilirəm ki, o trayektoriyanı bir neçə dəfə dəyişib. O əmin edir ki, rəqibini bloka salmayıb, sadəcə onu öz maşının arxasındakı hava kisəsindən atmağa çalışıb, bu doğrudan da belə ola bilər. Amma buna baxmayaraq, biz gələcək üçün qaydaları dəqiqləşdirmək istədik – hamı dəqiq bilməlidir ki, nə olar, nə olmaz.”

FİA-nın idman kodeksində deyilir ki, “digər sürücülərin hərəkətinə mane ola biləcək istənilən manevr qadağandır, xüsusən də, mövqeyini qoruyarkən trayektoriyanın bir neçə dəfə dəyişdirilməsi, maşının qəsdən trasdab çıxarılması və ya hərəkət istiqamətinin qeyri-təbii dəyişdirilməsi.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*