24 Oktyabr 2017, Çərşənbə axşamı - 13:32

Sürücülər Meksikada zərərçəkənlərə dəstək olublar

Sürücülər Meksikada zərərçəkənlərə dəstək olublar

Müəllif: Elçin Zodorov, redaktor

16:11 - 09 Oktyabr, 2017

Sentyabrın sonunda Meksikada 7.1 bal gücündə zəlzələ baş vermişdi və 200-dən çox adam həlak olmuşdu. Meksika Qran Prisinin təşkilatçıları oktyabrın sonunda bir sıra tədbirlər keçirməyi planlaşdırırlar.

F-1.az xəbər verir ki, Formula1 sürücüləri artıq bu aksiyaya qoşulublar – onlar Suzukadakı yarışdan əvvəl podiumda aksiyanın həştəqi olan #FuerzaMéx1co sözü əks olunmuş lövhə ilə şəkil çəkdiriblər.

Alexandro Soberon, Meksika Qran Prisinin promouteri: “Biz Formula1 kimi qlobal bir tədbirdən maksimum istifadə edərək, hər kəsi zərər çəkmiş insanlara köməyə dəvət etmək, çağırmaq istəyirik. Bundan əvvəlki iki yarışı yüksək əhval-ruhiyyə və enerji ilə keçirmişik, baş verənlərə baxmayaraq, bu il də belə olacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 116
Teqlər , , , ,
Paylaş

logo