22 Noyabr 2017, Çərşənbə - 07:29

Stüardlar öz mövqelərini izah ediblər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:40 - 02 Aprel, 2009

Həmilton-Trulli insidentini təkrar araşdırdıqdan sonra FİA-nın stüardları mətbuat üçün öz qəbul etdikləri yeni qərarı izah edən bəyanat yayıblar… “Avstraliya Qran […]

Həmilton-Trulli insidentini təkrar araşdırdıqdan sonra FİA-nın stüardları mətbuat üçün öz qəbul etdikləri yeni qərarı izah edən bəyanat yayıblar…

“Avstraliya Qran Prisinin finişindən sonra keçirilmiş birinci mzakirədə stüardlar Lyuis Həmilton və McLaren komandası arasında radiodanışığı təhlil etməyiblər və onlar Həmiltonun yarışın finişindən sonra KİV üçün verdiyi müsahibələri izləməyiblər.

Birinci müzakirə zamanı stüardların əlində olan yarışın videoyazısına görə, Trullinin maşının döngələrin birində sürüşüb trası tərk edir və 1 nömrəli maşın üçüncü yerə keçir. Bundan sonra elə təəssürat alınır ki, trasa qayıdan Trulli Həmiltona çatıb və yerini qaytarmaq üçün Təhlükəszlik Maşınının arxasında qadağan olunmuş ötməni edib.

yarışın finişindən bir saat sonra keçirilmiş birinci müzakirə zamanı stüardlar və yarışın direktoru Lyuis Həmiltondan və komandanın meneceri Dəvid Rayandan bir neçə dəfə soruşublar ki, sürücü Trullini buraxmaq haqqında əmr alıbmı? Sürücü və menecer mənfi cavab veriblər. Yarışın direktoru Həmiltondan soruşub ki, o Trullini bilərəkdən buraxıb, Həmilton mənfi cavab verib.

Avstraliya Qran Prisindən bir neçə gün sonra stüardların əldə etdikləri yeni sübutlar vəziyyəti yenidən müzakirə etmək zərurətinə gətirib çıxarıb. Yeni sübutlara görə:

а) Finişdən dərhal sonra və stüardlarla görüşə kimi Lyuis Həmilton jurnalistlərə bildirib ki, komanda ona Trullini buraxmağı əmr edib.

b) Sürücü və komanda arasındakı radiodanışıqlarda Toyota-nı buraxmaq barədə iki aydın əmr var.

Bu radiodanışıqlar və KİV-ə verilmiş müsahibədən xəbər tutan stüardlar hesab ediblər ki, sürücü və komandanın meneceri bilərəkdən onları düz yoldan azdırıblar və nəticədə Yarno Trulli cərimə olunaraq Lyuis Həmiltona üçüncü yer verilib.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 63
Teqlər
Paylaş

logo