Stüardlar L.Həmiltonu diskvalifikasiya ediblər

Avstraliya Qran Prisinin son dövrələrində baş vermiş Həmilton-Trulli insidentini bur daha araşdıran stüardlar bu gün britaniyalı sürücünü diskvalifikasiya ediblər və […]

Avstraliya Qran Prisinin son dövrələrində baş vermiş Həmilton-Trulli insidentini bur daha araşdıran stüardlar bu gün britaniyalı sürücünü diskvalifikasiya ediblər və o yarışın finişinin son protokolundan çıxardılıb. Yarışı Lyuis dördüncü yerdə başa vurmuşdu, amma Trullinin onu sarı bayraqlar altında keçməsinə görə cərimə olunmasından sonra üçüncü yerə qalxıb, Yarno isə 12-ci yerə düşüb. Stüardlar Həmiltonun telekanallardan birinə verdiyi müsahibədə komandasının ondan Trullini irəli buraxmasını tələb etdiyi üçün bu manevri həyata keçirməsini söyləməsindən sonra bu insidentin araşdırlmasına qayıtmaq istəyiblər. Çünki Yarnonu məhz bu manevrə görə cəzalandırmışdılar.

Bu gün Sepanqda bu insidentin ikinci müzakirəsi baş tutub, bu dəfə stüardlar Toyota və McLaren komandalarının sürücülərlə radiodanışıqlarını dinləyiblər və britaniyalı sürücü cərimə olunub – radidanışıqlar Lyuisin yarışdan söylədikləri ilə düz gəlməyib. Bundan sonra stüardlar Trullini protokollarda üçüncü yerə qaytarıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*