22 Noyabr 2017, Çərşənbə - 20:43

Analiz: Start almaq daha da çətinləşəcək

Analiz: Start almaq daha da çətinləşəcək

Müəllif: Afgan Haji, redaktor

08:40 - 02 Fevral, 2017

Əbu Dabidəki birinci sərbəst yürüşlərdə Mercedes yeni sükanın təcrübi nümunəsinin sınağını keçirmişdi. Mercedes-in keçmiş texniki direktoru Pəddi Loudan bunun nə ilə bağlı olduğunu soruşanda, o, şərhdən imtina etmişdi.

Həmçinin aydınlaşdı ki, elə həmin məşqdə yeni sükanı Force İndia-nın pilotu Serxio Peres də sınaqdan keçirmişdi, Ferrari-də isə bu cür sınaqları əvvəlki yarışların birində keçirmişdilər.

Bu nə ilə bağlı idi? Ənənəvi sükan və eksperimental versiya arasındakı fərq bunda idi ki, onun üzərində ilişmə muftasının iki deyil, yalnız bir linki vardı və onun ölçüləri xeyli böyük idi. Ekspertlər təsdiqləyirlər ki, Ferrari-nin maşınlarında oxşar linkdən bütün mövsüm boyu istifadə olunub, çünki onlar pilotlara ilişmənin işəsalma prosesini daha dəqiq idarə etmək imkanı verir. Amma Mercedes-də belə həlləri yalnız buna görə sınaqdan keçirmirlər.

İş burasındadır ki, 2017-ci il üçün ilişmənin işini reqlamentlə nizamlayan qaydalar yenidən təsbih edilib və startlar daha artıq gözlənilməz olacaq. Auto Motor und Sport alman nəşrinin məlumatına görə, texniki reqlamentin bütün dəyişikliklərinə əlavə olaraq, 2017-ci ildə Formula1-də heç bir açıqlama olmadan ilişmənin idarəetmə sisteminə yeni tələblər tətbiq edilir, bunun da nəticəsində startda səhvlər və hətta sınmalar riski artacaq.

Son vaxtlara qədər sükanaltı link ilişmənin fiziki vəziyyətini müəyyən edirdi: pilot onu tam sıxanda, ilişmə söndürülür. Pilot linki aşağı salanda, müəyyən anda ilişmə “tutmağa” başlayır. Bu ilişmə nöqtəsi ilişmənin temperaturundan asılı olaraq dəyişə bilərdi və komandalar onun daha dəqiq təyini üçün hər cür hiylə işlədirdilər.

Məsələn, bunun üçün sükanda iki ilişmə linki montaj olunub, özü də hər ikisi eyni bir funksiyanı yerinə yetirirdi ki, bu da reqlamentə əks deyil. 2016-cı ilədək digər ilişmə idarəetməsi sistemləri tətbiq edilirdi ki, onlarda da iki link vardı, amma onlar müxtəlif funksiyaları yerinə yetirirdilər: biri ilişmə nöqtəsində ilişməni saxlayır, ikinci linklə isə pilot onu yavaş-yavaş işə salırdı. Bu zaman on haldan doqquzunda startlar ideal olurdu, ancaq 2016-cı ildə qaydalar dəyişildi və uğurlu startların faizi 70-ə düşdü.

Lakin komandalar ötən mövsümün gedişində müxtəlif texniki hiyləgərliklərə baş vururdular ki, pilotların ilişmənin işləmə nöqtəsinin axtarışı ilə bağlı vəzifəsini yüngülləşdirsinlər. Misal üçün, start prosedurunun məşqindən sonra birbaşa sükanın üzərində xüsusi işarələr qoyulurdu ki, bunlarla işilmənin temperaturundan asılı olaraq istiqamətlənmək mümkün idi. Hətta Force İndia-da ayrıca mühəndis vardı ki, o bütün həftəsonu boyu sistemin işini izləyir və temperaturdan asılı olaraq onun təshihinə görə cavab verirdi.

Komandalar ilişməni iki linklə idarə etməyin mümkün olmasından tam şəkildə yararlandılar. Startda pilot eyni vaxtda hər ikisini basırdı, ilişmə söndürülürdü, sonra, işıqforun ilk siqnalı yananda, o, ilişmənin işədüşmə nöqtəsinədək bir linki buraxır, ancaq maşın yerindən tərpənmirdi, çünki ikinci rıçaq link söndürülmüş vəziyyətdə saxlamaqda davam edirdi. Nə vaxt ki, sonuncu siqnal yanırdı, pilot ikinci rıçaqı tam aşağı salırdı, ancaq birincisi ilişmənin işləmə nöqtəsinə yaxın vəziyyətdə dayanırdı və indi yalnız onu da aşağı salmaq qalırdı. Bu, ilişməni tam söndürülmüş vəziyyətdə işə salmaqdan asan idi.

2017-ci ildə artıq bu cür şey olmayacaq. Birincisi, indi sükan diskində qeydlər etməyə icazə verilmir, ikincisi də ilişmə linki təkcə bir ədəd qalacaq. Lakin, əsas olan bu deyil, əsas ondadır ki, indən belə linkin vəziyyətini ilişmənin vəziyyəti yox, mühərrikin fırlatma anı müəyyən edəcək. Həmin məqsədlər üçün komandaların İT şöbələri startı düzgün etmək üçün pilota tələb olunan, ilişmənin vəziyyətini fırlanma anı ilə bağlayan-uzlaşdıran xüsusi proqram təminatı yaradırlar.

Bu minvalla, pilot fırlanma anının aparıcı təkərlərə ötürülməsini idarə etmək üçün təkcə qazın pedalını basmamalı, həm də ilişmə linkindən istifadə etməlidir. Mühəndislərin rəyinə görə, bu zaman insan səhvi ehtimalı artacaq: ya dirsəkli valın dövriyyəsi azalacaq və sürətyığma yetərincə intensiv alınmayacaq, ya da, əksinə, arxa təkərlər çox güclü boşuna fırlanacaq. Hərəkətlərin düzgün koordinasiyasına nail olmaq üçün pilotun hərəkətləri bu zaman adi ilişməni idarəetmə sistemi ilə işdən daha mürəkkəbdir.

İlişmə linkinin hərəkətinin hər bir millimetri arxa təkər tərəfindən ötürülən fırlanma anının artırılmasına gətirib çıxarır. Bu zaman maşının necə yerindən tərpənəcəyi bir çox amillərdən – ilişmənin və təkərlərin temperaturundan, onların trasla ilişmə səviyyəsindən, dirsəkli valın dövriyyəsindən və əlbəttə ki, pilotun fırlanma anının artımına nail olmaq istədiyi zaman kəsimindən asılı olacaq. Pilotun vəzifəsini bir qədər sadələşdirmək üçün linkin ölçüsü böyüdüləcək və onun gedişi uzanacaq. Bu, maşının müvafiq sistemlərinin iş rejimlərinin dəyişilmələrini daha yaxşı hiss etməyə imkan verəcək. Əbu Dabidə cümə günü səhər Həmilton, Rosberq və Peres məhz bunu sınaqdan keçirirdilər.

Bu yeniliklə bağlı tarixçə ondan başladı ki, bir müddət öncə Ferrari komandası Formula1 komandalarına təklif etdi ki, vahid ilişmə qovşaqlarına keçsinlər, bu, məsrəfləri ixtisar etməyə imkan verirdi. Və hərçənd ki, həmin təklif rədd edildi, FİA-da ilişmənin idarə edilməsinin yeni sisteminin tətbiqinə qərar verdilər ki, bu da onun təkmilləşdirilməsi ilə bağlı bahalı işləmələr məsələsini gündəmdən çıxaracaq.

“İndi ağıllı proqramlar yaratmaq lazımdır ki, ilişmənin işini idarə etsinlər. Pilotlardan isə, əlbəttə ki, yaxşı hərəkətə başlamaq bacarığı tələb olunur” – Force İndia-nın texniki direktoru Əndi Qrin F-1.az-a bildirib…


Son Xəbərlər

İnformasiya

Bölüm Texniki analiz
Mənbə
Baxış Sayı 2. 936
Teqlər , , , , , , , ,
Paylaş

logo