24 Noyabr 2017, Cümə - 17:14

S.Petransel Dakar-2012-də qalib gəlib

S.Petransel Dakar-2012-də qalib gəlib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:46 - 23 Yanvar, 2012

Fransalı sürücü Stefan Petransel Mini avtomobilinin sükanı arxasında əfsanəvi Dakar ralli marafonunun qalibi olub – yarış Argentina, Çili və Perunun […]

Fransalı sürücü Stefan Petransel Mini avtomobilinin sükanı arxasında əfsanəvi Dakar ralli marafonunun qalibi olub – yarış Argentina, Çili və Perunun ərazisində keçirilib. Petransel Dakarda onuncu dəfə birinci olub – bu qələbələrdən altısını petransel motosikletlə qazanıb.

Onun komanda yoldaşları da sürətli olublar, amma iki həftə ərzində təcrübəli komanda yoldaşlarına xeyli uduzublar – ikinci yeri tutmuş Nani Roma qalibə 40 dəqiqə uduzub. Üçüncü yeri isə gözlənilmədən Toyota-nın sükanı arxasında Cənubi Afrikalı sürücü Jinel de Vilyers tutub. Əlbəttə, Çinin istehsalı olan Great Wall cipinin sükanı arxasında Karlos Susanın yeddinci yeri də təqdirəlayiqdir.

Yük maşınlarının yarışında isə hamı sürprizlə üzləşib. İlk dəfə titul sponsoru ilə yarışlara qatılan hollandiyalı Yan de Royun komandası elə ilk mərhələdən güclü təsir bağışlayıb, İVECO maşınları rəqiblərindən bir baş üstün olublar. Sonda birinci yeri Yanın oğlu Jerar de Roy tutub, ikinci isə Hans Steysi olub. Qeyd edək ki, 25 il əvvəl marafonda qələbəni Yanın özü qeyd eləmişdi.

Son illərin qəhrəmanları KamAZ-Master komandası isə bu dəfə tam uğuruszluqla üzləşib. Komandanın lideri bir neçə mərhələdən sonra yarışdan kənarlaşdırılıb, digər sürücülər isə 2001-ci ildən ilk dəfə Rusiyaya podium qazandıra bilməyiblər. Amma KamAZ maşını ilə Team Astana komandasında çıxış edən Artur Ardaviçus Qazaxıstana ralli tarixində ilk podium qazandırıb.

Motosikletlərin yarışında isə son illərdə olduğu kimi mübarizə KTM komandasının iki sürücüsü – Mark Koma və Siril Depre arasında gedib. ispaniyalı sürücü finişə iki gün qalmış lider idi, amma həlləedici gün onun “dəmir atı”nın motoru imtina edib. Qələbəni fransalı Depre bayram edib – bu, onun rallidə dördüncü qələbəsidir. Kvadrosikletlərin yarışında isə Argentinanı təmsil edən Patronelli qardaşları əlçatmaz olublar – finişdə Alexandro yarım saat Markosu qabaqlayıb.

Ralliyə qatılmış üç keçmiş Formula1 sürücüsündən finişə yalnız biri çatıb – hollandiyalı Yan Lammers Ginaf yük maşının sükanı araxsında 33-cü olub…


Son Xəbərlər

İnformasiya

Bölüm Dakar
Mənbə
Baxış Sayı 242
Teqlər
Paylaş

logo