20 Noyabr 2017, Bazar ertəsi - 06:11

S.Peres: “Qələbə doğrudan da mümkün idi”

S.Peres: “Qələbə doğrudan da mümkün idi”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:31 - 28 Mart, 2012

Serxio Peres Malayziya yarışını əla keçirib və son dövrələrdə hətta qələbə qazanmaq üçün liderə hücum edib, amma səhvə yol verib […]

Serxio Peres Malayziya yarışını əla keçirib və son dövrələrdə hətta qələbə qazanmaq üçün liderə hücum edib, amma səhvə yol verib və finiş xəttini ikinci keçib. Bu, Sauber komandasının tarixində ən yaxşı nəticədir, Peres isə 1971-ci ildə Hollandiya Qran Prisində ikinci olmuş Pedro Rodriqesdən sonra podium qazanmış ikinci meksikalıdır…

Serxio Peres: “Düşünürəm ki, bu gün qələbə doğrudan da mümkün idi. Komanda öz işinin öhdəsindən əla gəldi, məni vaxtında boksa çağırdı, biz yalnız ikinci pit-stopda vaxt itirdik, ilişmə muftsaı yaxşı işləmədi, amma mən trasda tezliklə Alonsoya çatdım.

Mən bilirdim ki, maksimum sürətli olmalıyam ki, Alonsoya çata bilim, təkərlər isə sürətlə yeyilirdi. Mən hücum variantları axtarırdım, döngəyə geniş girdim və nəm porebrikin üzərinə çıxdım. Xoşbəxtlikdən yarışı davam etdirə bildim və mövqe itirmədim.

Həmin an mən maşına nəzarəti və qələbə şansımı itirdim, amma bu nəticə komandamız üçün xüsusi əhəmiyyət kəsb edir. İkinci yerə görə də çox xal verirlər, arxada isə mövsümün yalnız ikinci yarışı qalıb və biz ümid edirik ki, mübarizəni davam etdirməklə bu uğurumuzu bərkidəcəyik.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 97
Teqlər
Paylaş

logo