Sorucu diffuzorlar: Məhdudiyyət təxirə salınıb

Dünən mövsümün gedişində texniki reqlamentə edilmiş növbəti dəyişikliklər açıqlanmışdı – diffuzroun işinə təzir edən qaz axınının həcminə məhdudiyyət qoyulmuşdu və […]

Dünən mövsümün gedişində texniki reqlamentə edilmiş növbəti dəyişikliklər açıqlanmışdı – diffuzroun işinə təzir edən qaz axınının həcminə məhdudiyyət qoyulmuşdu və bu məhdudiyyət artıq İspaniya Qran Prisindən qüvvəyə minməli idi.

FİA-nın qərarı komandaların əks reaksiyasına səbəb olub. Tərəflər səhərə qədər dialoqda olublar və qərara alınıb ki, reqlamentə dəyişikliklərin tətbiqi təxirə salınsın. Əsas səbəb isə qısa vaxt ərzində maşının konstruksiyasında belə bir dəyişikliyin qeyri-mümkün olmasıdır.

Məsələ texniki işçi qrupun müzakirəsinə çıxarılıb. Dəyişikliklər qəbul olunacaq, amma tətbiqi tezliklə olmayacaq. Çox güman ki, gələn ildən tətbiq olunacaq. Digər dəyişikliklər kimi bu da yalnız texniki deyil, həm də siyasi xarakter daşıyır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*