SMC University dinləyici toplayır

Fevral ayından məsafədən təhsil sahəsində ixtisaslaşan İsveçrənin SMC University şirkəti Marussia Virgin komandasının rəsmi tərəfdaşı sayılır. Tərəflərin əməkdaşlığı çərçivəsində SMC […]

Fevral ayından məsafədən təhsil sahəsində ixtisaslaşan İsveçrənin SMC University şirkəti Marussia Virgin komandasının rəsmi tərəfdaşı sayılır. Tərəflərin əməkdaşlığı çərçivəsində SMC University avtoidmanda menecment sahəsində xüsusi təhsil kursu hazırlayıb, kursa işlərin təşkili, marketinq, sonsorlarla danışıqlar, logistika və bəzi başqa məsələlər daxildir.

Kursların dinləyiciləri Qran Prilərdən birinə baş tribunaya bilet alacaqlar – ən yaxşı məzunlar isə Marussia Virgin komandasında praktika keçəcəklər. Təhsil haqqı 1250 Avrodur.

Əndi Uebb, Marussia Virgin-in kommersiya direktor: “Avtoidman dünyasında yaxşı təhsil – uğura aparan yoldur, bu sahənin iqtisadi tərəfi idman tərəfindən də maraqlıdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*