S.Maykl Williams-ı tərk edə bilər?

Səm Maykl 2004-cü ilin may ayından Williams komandasının texniki direktoru təyin olunub və bu günə qədər toxunulmaz şəxs statusu daşıyırdı. […]

Səm Maykl 2004-cü ilin may ayından Williams komandasının texniki direktoru təyin olunub və bu günə qədər toxunulmaz şəxs statusu daşıyırdı. Avstraliyalı mütəxəssis böyük uğur qazanmayıb, amma onu komandanın həmsahibi və keçmiş texniki direktoru Patrik Hed dəstəkləyirdi.

Yeni maşının hazırlanması zamanı Williams komandası innovasiyalı yanaşmaya üstünlük vermişdi, maşının arxa hissəsi çox balaca alınmışdı və hesablamalara görə, böyük asfalta yatma qüvvəsini təmin etməklə trasa daha yaxşı ilişməli idi, amma mövsümün ilk iki yarışında FW33 hələ finiş üzü görməyib.

Maşının süərt və etibarlılıqla aşkar problemləri var. Komandanın icraçı direktoru Adam Parr bu günlərdə bildirib ki, bu uğursuzluqlardan ciddi nəticələr çıxarılmalıdır, bəlkə də texniki ştabda kadr dəyişikliyi edilməlidir. Bir çox ekspertlər hesab edirlər ki, söhbət Səm Maykldan gedir – avstraliyal mühəndis komandanı tərk edə bilər.

Çin Qran Prisinə komandanın əsas səhmdarı Toto Volff təşrif buyurub və jurnalistlərə bildirib ki, “komandanın beş və ya altı problemi var, onları həll etmək lazımdır, problemlərdən biri isə insan faktorudur – nəsil dəyişməsi biz istəyən kimi getmədi.”

Almaniyanın KİV-i əmindir ki, nəsil dəyişməsindən danışarkən Volff texniki rəhbərliyin Patrik Heddən Səm Maykla keçidini nəzərdə tutub. Orta qrupun digər komandaları son illər daha az büdcə ilə daha yaxşı nəticələr göstərirlər və Williams-a Ceyms Ki və ya Mayk Qaskoyn səviyyəli mütəxəssis lazımdır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*