S.Kem: “Mixaelin vəziyyəti kritik olsa da, stabildir”

Mixael Şumaxerin mətbuat katibi Sabine Kem dünan axşam yayılan şayiələri təkzib edib: keçmiş Formula1 sürücüsü Filip Streyff məhşur neyrocərrah Jerar […]

Mixael Şumaxerin mətbuat katibi Sabine Kem dünan axşam yayılan şayiələri təkzib edib: keçmiş Formula1 sürücüsü Filip Streyff məhşur neyrocərrah Jerar Seyyana istinadən bildirmişdi ki, sürücünün həyat təhlükəsi yoxdur…

Bu bəyanatı şərh edən xanım Kem jurnalistlərə bildirib ki, “Mixaelin vəziyyəti ağırdır, amma kritik olsa da, stabildir və Qrenobl həkimlərindən gəlməyən məlumatları ciddi qəbul etməyin…”

Şayiələrə görə, hazırda həkimlər Mixaeli süni komadan çıxarmaq strategiyasını müzakirə edirlər. Çox güman ki, həkimlərin növbəti mətbuat konfransı bazar ertəsi baş tutacaq…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*