15 Dekabr 2017, Cümə - 21:44

Sıralanma turunun qaydası dəyişdirilib!

Sıralanma turunun qaydası dəyişdirilib!

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

00:05 - 24 Fevral, 2016

Bu gün Cenevrədə baş tutan Strateji İşçi Qrupun növbəti iclasında komandaların nümayəndələri yekdilliklə artıq bu mövsümdən sıralanma turunun formatının dəyişdirilməsini dəstəkləyiblər. Bu təklif artıq Formula1-in Komissiyasından da keçib, ona görə yalnız martın 4-də FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasında təsdiq olunması qalıb…

F-1.az bildirir ki, sıralanma turunun detalları hələ tam təsdiqlənməsə də, ümumi prinsip müəyyən olunub. Sıralanma turunun müddəti əvvəlki kimi qalacaq – 60 dəqiqə. Əvvəlki kimi sıralanma turu 3 sessiyadan ibarət olacaq, amma bu dəfə sürücülər daim trasda olacaqlar, düzdür, hansısa bir zaman kəsiyində nəticəsi ən pis olan sürücü trası tərk edəcək və növbəsinə uyğun sabahkı yarışın startında yer alacaq.

İlk sessiya 16 dəqiqə davam edəcək və 7-ci dəqiqədən başlayaraq ən yavaş sürücü çıxışını dayandıracaq. Bundan sonra hər 90 saniyədən bir sürücülərdən biri mübarizəni dayandıracaq, sessiya 15 sürücü qalanadək davam edəcək.

Qısa fasilədən sonra ikinci sessiya başlayacaq, müddəti 15 dəqiqə olacaq. Qaydalar eynidir – 6-cı dəqiqədən başlayaraq 90 saniyəlik intervalla ən yavaş sürücü sessiyada mübarizəni dayandıracaq. Sessiya 8 sürücü qalanadək davam edəcək.

Son sessiyanın müddəti 14 dəqiqə sürəcək, sürücülər 5-ci dəqiqədən başlayaraq mübarizəni dayandırmağa başlayacaqlar, trasda yalnız iki sürücü qaldıqda isə son 90 saniyə ərzində onlar poul uğrunda yarışacaqlar.

Bütün bu mübarizəyə komandaların təkər seçimindəki azadlığı da əlavə etmək lazımdır. Deyəsən, bizi çox maraqlı mövsüm gözləyir…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 104
Teqlər , , , , ,
Paylaş

logo