Sinqapur trasında yenidənqurma işləri

Sinqapur Qran Prisinin nümayəndələri təsdiq ediblər ki, küçə trasında modernizasiya işləri görüləcək. Komanda və FİA ilə məsləhətləşmələrdən sonra qərara alınıb […]

Sinqapur Qran Prisinin nümayəndələri təsdiq ediblər ki, küçə trasında modernizasiya işləri görüləcək. Komanda və FİA ilə məsləhətləşmələrdən sonra qərara alınıb ki, 1, 13 və 14-cü döngələrdə ötmə imkanalrını artırmaq üçün yenidənqurma işləri aparılsın, 5, 6 və 7-ci döngələrdə asfalt hamarlansın, pit-leynə giriş və çıxışın forması dəyişdirilsin.

Maykl Makdonou, avtodromun texniki direktory: “Keçən il tras və yarış gözlədiyimizdən də uğurlu alındı, amma həmişə nəyisə yaxşılaşdırmaq olar və biz bilirik ki, nə etməliyik. Trasda ötmələri artırmaq üçün bəzi döngələr dəyişdiriləcək, pit-leynə giriş və çıxışın konfiqurasiyası da dəyişəcək, bu isə maşınların təhlükəsizliyini artıracaq.”

Birinci döngə daha iti olaacq, döngənin girişində və çıxışında porebriklər qoyulacaq və sürücülər sürəti kəskin azaltmalı olacaqlar, eyni tədbirlər körpünün də üzərində görüləcək – 13-cü döngə daha sürətli olacaq, 14-cü isə əksinə yavaş, ona görə də sürücülər əylənmədə hücum edə biləcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*