Quru. Qaranlıq. Havanın temperaturu +29° C, trasın temperaturu +30° C
Dünən Lyuis Həmilton növbəti inamlı poulunu qazanmışdı – mövsümdə 5-ci və McLaren üçün ardıcıl 4-cü poul. Pastor Maldonado sürpriz edərək ikinci olmuşdu, ikinci cərgəni isə Sebastyan Fettel və Censon Batton qazanmışdılar. Çempionatın lideri Fernando Alonso isə yalnız 5-ci ola bilmişdi.
İki sürücü ötürmələr qutusunun dəyişdirilməsi üzündən startda 5 yer itirməklə cərimələnmişdi – Bruno Senna və Pedro de la Rosa.
Startdan əvvəl avtodromda keçən həftə dünyasını dəyişmiş Formula1-in əfsanəvi həkimi Sid Uotkinsin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Hülkenberq, Peres, Vern, Kobayaşi, Qlok, Pik və de la Rosa starta Soft təkərlərlə çıxıblar, digər sürücülər isə SuperSoft təkərlərinə üstünlük veriblər.
Startda Həmilton poulun üstünlüyünü qoruyub, Fettel və Batton Maldonadonu üstələyiblər. Petrov insidentlə üzləşib və ön antiqanadı qırılıb, Massanın isə təkəri deşilib – hər iki sürücü boksa yollanıb. 2-ci dövrədə ilk onluq: Həmilton – Fettel – Batton – Maldonado – Alonso – di Resta – Uebber – Qrojan – Rosberq – Şumaher.
Həmilton Fetteldən uzaqlaşmağa başlayıb, Fettel isə öz nvöbəsində Battondan uzaqlaşıb, amma bir neçə dövrədən sonra Censon fərqi azaltmağa başlayıb.
7-ci dövrədə Uebber planlı pit-stoplar dalğasına start verib. 9-cu dövrədə Fettel və Senna pit-stopa yollanıblar. Trasa qayıdan Sebastyan dərhal Peresi keçib. 10-cu dövrədə Alonso, Şumaher və Rikkardo, 11-ci dövrədə Həmilton, di Resta, Rosberq və Vern, 12-ci dövrədə Maldonado və Rəykkönen, 13-cü dövrədə Batton, Qrojan və Kobayaşi yeni təkər dəst alıblar. Alonso hələ pit-stop keçirməmiş Peres və Hülkenberqi üstələyib – hər iki sürücü 17-ci dövrədə mexaniklərinin yanına yollanıblar. 19-cu dövrədə ilk onluq: Həmilton – Fettel – Batton – Maldonado – Alonso – di Resta – Uebber – Rosberq – Qrojan – Şumaher. İlk pit-stoplardan sonra Rosberq Qrojanı qabaqlayıb.
23-cü dövrədə yarışa liderlik edən Həmilton maşınını saxlamalı olub – britaniyalı sürücünün maşınında ötürmələr qutusu sıradan çıxıb. Liderliyi Fettel ələ alıb.
24-cü dövrədə Senna, 27-ci dövrədə Uebber, 28-ci dövrədə Alonso və Maldonado, 29-cu dövrədə Kobayaşi, 31-ci dövrədə Rəykkönen pit-stopa baş çəkiblər. Elə bu zaman Kartikeyan qəzaya uğrayıb, trasa Təhlükəsizlik Maşını çıxıb, sürücülər hamısı boksa tələsiblər. TM-in arxasında ilk onluq: Fettel – Batton – Alonso – di Resta – Hülkenberq – Uebber – Peres – Rosberq – Qrojan – Maldonado. Venesuelalı sürücünün mühəndisi maşında hidravlik problemlər barədə məlumat verib və Pastor maşını saxlamalı olub – Vern onluğa daxil olub.
38-ci dövrədə restart elan olunub, Fettel liderliyini qoruyub saxlayıb, Hülkenberq Uebberi qabaqlasa da, Mark mövqeyini geri qaytara bilib. 14-cü döngənin əylənmə sahəsində Şumaher Vernin maşınına arxadan çırpılıb – TM yenidən trasa qayıdıb: Uebber, Hülkenberq, Peres və Petrov boksa tələsiblər. TM-in arxasında ilk onluq: Fettel – Batton – Alonso – di Resta – Rosberq – Qrojan – Rəykkönen – Rikkardo – Senna – Massa.
Restartda Fettel liderliyini qoruyub, Massa Sennanı qabaqlayıb – müqavimət göstərən Bruno Felipenin maşınını sıxışdırıb. 45-ci dövrədə Massa Rikkardonu üstələyərək 8-ci yerə yüksəlib. Mühəndisin göstərişi ilə Roman komanda yoldaşını irəli buraxıb Peres və Hülkenberq toqquşublar, Uebber Kobayaşini keçib, fürsətdən istifadə etməyə çalışıan Hülkenberq bu dəfə Kobayaşi ilə toqquşub – hər iki sürücü boksa yollanıb. 50-ci dövrədə ilk onluq: Fettel – Batton – Alonso – di Resta – Rosberq – Rəykkönen – Qrojan – Massa – Rikkardo – Senna.
Uebber trasdan çıxmaqla Sennanı keçib və Rikkardo ilə mübarizəyə atılıb. Son dövrədə Peres Sennanı keçib və braziliyalı sürücü maşınını saxlamalı olub – Williams komandası üçün daha bir uğursuz yarış.
Sebastyan Fettel isə karyerasında 23-cü, mövsümdə isə 2-ci qələbəsini qazanıb. Censon Batton 2-ci, Fernando Alonso isə 3-cü olub. Pol di Resta karyerasının ən yaxşı nəticəsini göstərib.
İki həftədən sonra Suzukada komandalar mübarizəni davam etdirəcəklər.
Yer | Pilot | Komanda | Motor | Vaxt |
01 | S.Fettel | Red Bull | Renault | 2.00:26.144 |
02 | C.Batton | McLaren | Mercedes | + 0:08.959 |
03 | F.Alonso | Ferrari | Ferrari | + 0:15.227 |
04 | P.di Resta | Force İndia | Mercedes | + 0:19.063 |
05 | N.Rosberq | Mercedes AMG | Mercedes | + 0:34.784 |
06 | K.Rəykkönen | Lotus | Renault | + 0:35.759 |
07 | R.Qrojan | Lotus | Renault | + 0:36.698 |
08 | F.Massa | Ferrari | Ferrari | + 0:42.829 |
09 | D.Rikkardo | Toro Rosso | Ferrari | + 0:45.820 |
10 | S.Peres | Sauber | Ferrari | + 0:50.619 |
11 | M.Uebber (**) | Red Bull | Renault | + 1:07.175 |
12 | T.Qlok | Marussia | Cosworth | + 1:31.918 |
13 | K.Kobayaşi | Sauber | Ferrari | + 1:37.141 |
14 | N.Hülkenberq | Force İndia | Mercedes | + 1:39.413 |
15 | H.Kovalaynen | Caterham | Renault | + 1:47.967 |
16 | Ş.Pik (*) | Marussia | Cosworth | + 2:12.925 |
17 | P.de la Rosa | HRT | Cosworth | + 1 dövrə |
18 | B.Senna | Williams | Renault | + 2 dövrə |
19 | V.Petrov | Caterham | Renault | + 2 dövrə |
– | J.E.Vern | Toro Rosso | Ferrari | – |
– | M.Şumaher | Mercedes AMG | Mercedes | – |
– | P.Maldonado | Williams | Renault | – |
– | N.Kartikeyan | HRT | Cosworth | – |
– | L.Həmilton | McLaren | Mercedes | – |
Sürətli dövrə: Niko Hülkenberq (Force İndia) – 1:51.033 (52-ci dövrə).
Qeyd: (*) – 3-cü sərbəst yürüşlərdə qırmızı bayraqlara məhəl qoymadığı üçün Şarl Pikin yekun nəticəsinə 20 saniyə əlacə olunub.
Qeyd: (**) – Trasdan çıxmaqla ötməyə görə Mark Uebberin yekun nəticəsinə 20 saniyə əlacə olunub.
Turnir cədvəli:
Yer | Pilot | Komanda | Motor | Xal |
01 | F.Alonso | Ferrari | Ferrari | 194 |
02 | S.Fettel | Red Bull | Renault | 165 |
03 | K.Rəykkönen | Lotus | Renault | 149 |
04 | L.Həmilton | McLaren | Mercedes | 142 |
05 | M.Uebber | Red Bull | Renault | 132 |
06 | C.Batton | McLaren | Mercedes | 119 |
07 | N.Rosberq | Mercedes AMG | Mercedes | 93 |
08 | R.Qrojan | Lotus | Renault | 82 |
09 | S.Peres | Sauber | Ferrari | 66 |
10 | F.Massa | Ferrari | Ferrari | 51 |
11 | M.Şumaher | Mercedes AMG | Mercedes | 43 |
12 | K.Kobayaşi | Sauber | Ferrari | 35 |
13 | P.di Resta | Force İndia | Mercedes | 44 |
14 | N.Hülkenberq | Force İndia | Mercedes | 31 |
15 | P.Maldonado | Williams | Renault | 29 |
16 | B.Senna | Williams | Renault | 25 |
17 | J.E.Vern | Toro Rosso | Ferrari | 8 |
18 | D.Rikkardo | Toro Rosso | Ferrari | 6 |
19 | T.Qlok | Marussia | Cosworth | 0 |
20 | H.Kovalaynen | Caterham | Renault | 0 |
21 | V.Petrov | Caterham | Renault | 0 |
22 | J.D’Ambrozio | Lotus | Renault | 0 |
23 | Ş.Pik | Marussia | Cosworth | 0 |
24 | N.Kartikeyan | HRT | Cosworth | 0 |
25 | P.de la Rosa | HRT | Cosworth | 0 |
Yer | Komanda | Motor | Xal |
01 | Red Bull | Renault | 297 |
02 | McLaren | Mercedes | 261 |
03 | Ferrari | Ferrari | 245 |
04 | Lotus | Renault | 231 |
05 | Mercedes AMG | Mercedes | 136 |
06 | Sauber | Ferrari | 101 |
07 | Force İndia | Mercedes | 75 |
08 | Williams | Renault | 54 |
09 | Toro Rosso | Ferrari | 14 |
10 | Marussia | Cosworth | 0 |
11 | Caterham | Renault | 0 |
12 | HRT | Cosworth | 0 |