11 Dekabr 2017, Bazar ertəsi - 07:48

Sinqapur daha 4 il Formula1-də qalacaq

Sinqapur daha 4 il Formula1-də qalacaq

Müəllif: Rauf Hacıyev, redaktor

19:14 - 15 Sentyabr, 2017

Sinqapur Qran Prisi Formula1-lə yeni müqavilə bağlayıb və bu müqaviləyə əsasən 2021-ci ilə qədər təqvimdə qalacaq.

F-1.az xatırladır ki, Sinqapur Qran Prisi Formula1 təqviminə 2008-ci ildə daxil olmuş və idman tarixinin ilk gecə yarışı olmuşdu. Marina Bey trası 2012-ci ildə Formula1 ilə yeni müqavilə bağlamışdı və həmin müqavilə bu ilin sonunda sona çatacaq. Amma trasın rəhbərliyi Formula1-in yeni sahibləri ilə daha 4 illik müqavilə bağlayıblar.

Çeyz Keri: “Sinqapur Qran Prisi ilə daha 4 il davam edəcəyimiz üçün çox xoşbəxtəm. Sinqapur idman tarixində ilk gecə yarışıdır və mövsümə həyəcan qatır. Sinqapur Turizm Nazirliyi və Sinqapur höküməti bu tədbiri yaxşı təşkil edirlər. Burada daha 4 il yarışmaq mükəmməl olacaq. Yarışı daha həyəcanlı etmək üçün hər cür dəstək verməyə hazırıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 259
Teqlər , ,
Paylaş

logo