19 Dekabr 2018, Çərşənbə - 15:46

Sinqapur-2018: Trasda dəyişikliklər və ötmə (DRS) zonaları

Sinqapur-2018: Trasda dəyişikliklər və ötmə (DRS) zonaları

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:15 - 12 Sentyabr, 2018

Növbəti Qran Pri ərəfəsində FİA keçən illə müqayisədə trasdakı dəyişikliklər barədə məlumatı dərc edib və DRS-dən istifadə zonalarını təsdiq edib.

F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, Marina Bey trasının uzunluğu 2 metr qısalaraq 5063 metr olub. Buna səbəb isə trasın konfiqurasiyasının 16-cı və 17-ci döngələr arasında dəyişməsidir: yaxınlıqdakı tikinti üzündən tribuna bir qədər irəli çəkilib. Yarış əvvəlki kimi 61 dövrədən ibarət olacaq, düzdür, 2 saatlıq limiti aşmamaq şərtilə.

Bundan başqa, təşkilatçılar 1-ci və 23-cü döngələrdə, 5-ci və 7-ci döngələr arasında, eləcə də 15-ci və 17-ci döngələr arasında asfalt örtüyünü yeniləyiblər.

Ötmə (DRS) zonaları dəyişməyib – birinci zonanın deteksiya nöqtəsi 4-cü döngənin çıxışında, aktivasiya nöqtəsi isə 5-ci döngədən 53 metr sonra yerləşir. İkinci zonanın deteksiya nöqtəsi 22-ci döngənin apeksinə 180 metr qalmış, aktivasiya nöqtəsi isə 23-cü döngədən 48 metr sonra yerləşir.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 344
Teqlər , , , ,
Paylaş

logo