17 Dekabr 2018, Bazar ertəsi - 12:08

Sinqapur-2018: Sıralanma turu

Sinqapur-2018: Sıralanma turu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:11 - 15 Sentyabr, 2018

Sıralanma turu Sinqapur Qran Prisinin həlledici sessiyasıdır – bu trasda ötmək qeyri-mümkündür, bu trasda arxada qalan 10 yarışda 7 dəfə pouldan start alan sürücü qələbəyə sevinib. Ona görə də sürücülər məşqlərdə qısa dövrələr seriyasında çalışaraq, məhz sıralanma turuna hazırlaşıblar.

F-1.az xatırladır ki, cümə günü Daniel Rikkardo və Kimi Rəykkönen protokollara başçılıq etsələr də, bu gün səhər titula namizəd Sebastyan Fettel ən yaxşın izləyicisi Kimini yarım saniyədən çox qabaqlayıb.

Pirelli bu dəfə şəhər yarışına HyperSoft, UltraSoft və (SuperSOft-u buraxaraq) Soft tərkiblərini gətirib. Amma tərkiblər arasında sürət fərqi gözlənildiyindən çox olub, hətta ən yumşaq tərkiblər arasında saniyə yarım sürət fərqi olub…

Birinci sessiyada bütün sürücülər trasa HyperSoft tərkiblə çıxsalar da, Mercedes sürücüləri UltraSoft tərkiblə dövrə vurublar – komanda Sinqapurda ən yumşaq tərkibdən çox az sifariş vermişdi.

Vandorn və Sirotkin yüngülcə baryerlərə sürtülüblər. Protokollara isə Rikkardo başçılıq edib – 1:38.153. Mübarizəni Williams sürücüləri ilə birlikdə Maqnussen, Hartli və Vandorn dayandırıblar.

İkinci sessiyada bütün sürücülərdən fərqli olaraq, Ferrari sürücüləri əvvəlcə trasa UltraSoft tərkiblə çıxıblar.

Ferstappen ilk cəhdində trasın yeni rekorduna imza atıb – 1:37.214, ilk onluğa düşə bilməyən Ferrari sürücüləri isə daha yumşaq tərkibə keçməli olublar.

21-ci döngənin çıxışında Lekler maşını zədələmədən baryerlərə toxunub.

İkinci cəhdində Rəykkönen protokollara başçılıq edib – 1:37.194, ilk beşlik isə cəmi 0.2 saniyəyə yerləşib. Mübarizəni isə Alonso, Sayns, Lekler, Eriksson və Qasli dayandırıblar.

Finalda Qrojan birinci cəhdindən imtina edib, digər sürücülər isə HyperSoft-la trasa tələsiblər. Həmilton möhtəşəm dövrə vuraraq yaxın rəqibini 0.3 saniyə üstələyib – 1:36.015.

İkinci cəhdində Həmilton səhvə yol verib, amma onun əsas rəqibləri də nəticələrini yaxşılaşdırmayıblar.

Lyuis Həmilton karyerasında 79-cu, mövsümdə 7-ci və bu trasda 4-cü pouluna sevinib. Maks Ferstappen isə karyerasında ən yaxşı nəticəsini bir daha təkrarlayıb – amma bu il ilk dəfə birinci cərgədən start almaq şansı qazanıb. İkinci cərgədən yarışa Fettel və Bottas, üçüncü cərgədən isə Rəykkönen və Rikkardo başlayacaqlar…

YerNSürücüKomanda1-ci sessiya2-ci sessiya3-cü sessiya
YerZamanDövrəYerZamanDövrəZamanDövrə
144Lyuis HəmiltonMercedes AMG141:39.403641:37.34461:36.0155
233Maks FerstappenRed Bull51:38.751421:37.21431:36.3347
35Sebastyan FettelFerrari21:38.218561:37.87661:36.6286
477Valtteri BottasMercedes AMG121:39.291731:37.25471:36.7026
57Kimi RəykkönenFerrari31:38.534511:37.19461:36.7946
63Daniel RikkardoRed Bull11:38.153351:37.40631:36.9966
711Serxio PeresRacing Point61:38.814871:38.34251:37.9856
88Roman QrojanHaas41:38.685681:38.36761:38.3203
931Esteban OkonRacing Point71:38.9128101:38.53461:38.3656
1027Niko HülkenberqRenault81:38.932691:38.45061:38.5886
1114Fernando AlonsoMcLaren91:39.0226111:38.6416
1255Karlos SaynsRenault101:39.1036121:38.7166
1316Şarl LeklerSauber111:39.2068131:38.7476
149Markus ErikssonSauber131:39.3668141:39.4536
1510Pyer QasliToro Rosso151:39.6147151:39.6916
1620Kevin MaqnussenHaas161:39.6446
1728Brendon HartliToro Rosso171:39.8098
182Stoffel VandornMcLaren181:39.8648
1935Sergey SirotkinWilliams191:41.2638
2018Ləns StrollWilliams201:41.3346

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 360
Teqlər , , , , ,
Paylaş

logo