16 Dekabr 2017, Şənbə - 03:28

Sinqapur-2017: Bukmeyker cədvəlləri

Sinqapur-2017: Bukmeyker cədvəlləri

Müəllif: Elçin Zodorov, redaktor

09:19 - 11 Sentyabr, 2017

Britaniyanın William Hill idarəsinin bukmeykerləri qarşıdakı yarış həftəsonu üçün növbəti cədvəllərini tərtib ediblər.

F-1.az idarənin rəsmi saytına istinadən bildirir ki, Mercedes komandasının və Həmiltonun son yarışlardakı hegemonluğuna baxmayaraq, Sinqapurdakı yarışın əsas favoriti Fettel hesab edilib. Mercedes-in daha uzun təkər bazasının dar traslarda sürücülərə çətinlik yaratdığı artıq məlumdur və bukmeykerlər də çox güman ki, bu amili nəzərə alıblar. Həm də, Fettel Sinqapurda ən çox uğur qazanmış sürücür. Həmiltonun şansları ondan bir qədər aşağı qiymətləndirilir.

Sinqapur Qran Prisində qələbə (sürücülər)
Sebastyan Fettel2.50
Lyuis Həmilton2.75
Valtteri Bottas7.50
Maks Ferstappen, Daniel Rikkardo9.00
Kimi Rəykkönen11.00

 

Həmilton İtaliya Qran Prisindən sonra mövsümdə ilk dəfə çempionatda liderliyə yüksəlib və onun titulun əsas namizədi hesab edilməsi təəccüblü deyil. Bukmeykerlər yalnız Mercedes və Ferrari sürücüləri ilə yanaşı, Rikkardo üçün pul qoyuluşunu qəbul edirlər…

Çempionatda qələbə (sürücülər)
Lyuis Həmilton1.45
Sebastyan Fettel3.00
Valtteri Bottas41.00
Kimi Rəykkönen2001.00
Daniel Rikkardo2501.00

 

Mühəndislər Kuboku üçün pul qoyuluşu formal olaraq davam etdirilir və yalnız iki komanda üçün əmsallar təqdim edilir…

Çempionatda qələbə (komandalar)
Mercedes AMG1.02
Ferrari11.00

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 771
Teqlər , , , , , ,
Paylaş

logo