14 Dekabr 2017, Cümə axşamı - 13:57

Sinqapur-2016: İkinci sərbəst yürüşlər

Sinqapur-2016: İkinci sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

19:14 - 16 Sentyabr, 2016

İlk sessiyada 5-ci olan Mercedes AMG komandasının sürücüsü Niko Rosberq 1:44.152-lik nəticə ilə cümə gününün ən sürətli dövrəsini vuraraq ikinci sessiyanı lider kimi tamamlayıb.

F-1.az xəbər verir ki, Niko yarış simulyasiyasında işləyib və vurduğu ardıcıl 17 dövrədə nəticələri 1:48 – 1:50 aralığında dəyişilib. Kimi Rəykkönen liderdən 0,3 saniyə geri qalaraq 2-ci olub. Komanda yoldaşı Sebastyan Fettel isə ancaq 5-ci ola bilib. Həm Ferrari, həm də Red Bull sürücülərinin yarış simulyasiyadında demək olar ki, eyni nəticələri göstərdiklərini də qeyd etmək lazımdır.

Red Bull sürücüləri – ilk sessiyanın lideri Maks Ferstappen və Daniel Rikkardo müvafiq olaraq 3-cü və 4-cü olublar. Mühəndislər kubokunda Williams-la 4-cülük uğrunda mübarizə aparan Force İndia üçün Sinqapur Qran Prisi yaxşı şans ola bilər. Belə ki, ikinci sessiyada yarış simulyasiyasında Renault-yla eyni tempdə olan Williams-dan 1 saniyə daha sürətli olduğu açıq-aşkar görünürdü. Niko Hülkenberq 6-cı olub. Komanda yoldaşı Serxio Peres isə çox kiçik fərqlə ilk onluqdan kənarda qalıb.

Çempionatın lideri Lyuis Həmilton sessiyanı 7-ci sırada tamamlayıb. Cəmi 10 dövrə vura bilən britaniyalı hidravlik sistemdəki problemlərə görə sessiyanı vaxtından əvvəl bitirməli olub. Toro Rosso sürücüləri yenə də ilk onluqda özlərinə yer tapıblar.

Doxsan dəqiqə ərzində ən çox dövrə vuran sürücü isə Esteban Qutyerres olub – 36 dövrə.

YerNSürücüKomandaZamanFərqDövrə
16Niko RosberqMercedes AMG1:44.15234
27Kimi RəykkönenFerrari1:44.427+ 0:00.27534
333Maks FerstappenRed Bull1:44.532+ 0:00.38029
43Daniel RikkardoRed Bull1:44.557+ 0:00.40526
55Sebastyan FettelFerrari1:45.161+ 0:01.00933
627Niko HülkenberqForce İndia1:45.182+ 0:01.03035
744Lyuis HəmiltonMercedes AMG1:45.275+ 0:01.12310
855Karlos SaynsToro Rosso1:45.507+ 0:01.35533
914Fernando AlonsoMcLaren1:45.779+ 0:01.62730
1026Daniil KvyatToro Rosso1:46.029+ 0:01.87735
1111Serxio PeresForce İndia1:46.063+ 0:01.91126
1222Censon BattonMcLaren1:46.574+ 0:02.42230
1321Esteban QutyerresHaas1:46.727+ 0:02.57536
1419Felipe MassaWilliams1:46.856+ 0:02.70430
1577Valtteri BottasWilliams1:46.960+ 0:02.80830
1620Kevin MaqnussenRenault1:47.161+ 0:03.00930
1730Colion PalmerRenault1:47.166+ 0:03.01434
1812Felipe NasrSauber1:47.531+ 0:03.37929
198Roman QrojanHaas1:48.391+ 0:04.23912
209Markus EriksonSauber1:48.487+ 0:04.33532
2194Paskal VerlyaynManor1:48.505+ 0:04.35333
2231Esteban OkonManor1:48.823+ 0:04.67129

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 217
Teqlər , , , ,
Paylaş

logo