23 Noyabr 2017, Cümə axşamı - 22:20

Silverstoun, 13.07.2016

Silverstoun, 13.07.2016

Müəllif: Elçin Zodorov, redaktor

21:42 - 13 İyul, 2016

Bu ilin reqlamentinə görə, komandalara mövsümün gedişində 2 dəfə ikigünlük – ümumilikdə isə 4 gün test etmək imkanı verilir. Mövsümiçi ilk testlər İspaniya Qran Prisindən dərhal sonra Barselonada keçirilmişdi. Dünən isə Silverstoundakı ikigünlük testlərə yekun vurulub.

F-1.az xatırladır ki, Sauber istisna olmaqla, 11 komandadan 10-u Britaniya Qran Prisindən sonra mövsümiçi və sonuncu ikigünlük testlərdə iştirak etmək üçün Silverstounda qalmışdı. Artıq komandalar builki maşınların təkmilləşdirməsini dayandırıblar və bütün resursları gələnilki maşınların hazırlanmasına yönəldiblər, ona görə də testlərdə mövsümün sonuna qədər tətbiq olunacaq yeniliklər yoxlanılıb.

Testlərin ikinci günündə də ilk gündəki ssenari təkrarlanıb – səhər saatlarında hava yaxşı olub, sonra isə yağış yağıb. Komandalar test proqramlarını yenidən nizamlamalı olublar. Bu gün yağış çox güclü olmayıb, tras tezliklə quruyub və sürücülər testlərə davam ediblər. Pirelli 2017-ci il üçün olan – indiki ölçülərdə, lakin yeni dizaynlı təkərlərini Paskal Verlyaynın idarə etdiyi Mercedes W05 ilə test edib. Şirkət bura 2017-ci il üçün olan təkərlərdən yalnız slikləri gətirdiyindən, onlar ancaq quru havada işləyə biliblər.

Testlərin sonuncu günündə Ferrari, Williams və Renault komandaları son yarışlarda baş vermiş problemlərin həlli üçün əsas sürücülərini cəlb ediblər. Renault yeni arxa asılqanı test edib. Williams yarış tempi üzərində işləyib. Ferrari isə daha çox asfalta yatma qüvvəsi əldə etmək üçün çalışıb. Williams sessiyanın sonunda reqlamentə uyğun olmayan, çox maraqlı konfiqurasiyalı arxa qanaddan istifadə edib. Lakin mühəndislər Barselona testlərində maşına yerləşdirilənlə eynilik təşkil edən arxa qanaddan lazımi nəticələri çıxarmağa imkan tapıblar.

Digər komandalar isə gənc sürücülərin köməyindən istifadə ediblər. Toro Rosso-da əvvəlki gün işləyən Karlos Saynsı əvəzləyən Red Bull-un gənc sürücülər proqramının üzvü Serxio Sette Kamara ilk dəfə Formula1 bolidini idarə edib. Pirelli üçün çalışan Verlyayndan başqa daha 4 sürücü – Mercedes AMG komandasından Esteban Okon, Red Bull-dan Pyer Qasli, Force İndia-dan Nikita Mazepin və Haas-dan Santino Ferruççi testlərin hər iki günündə iştirak ediblər. Gənc sürücülərin çox olmasına və dəyişkən hava şəraitinə baxmayaraq, heç bir ciddi insident baş verməyib. Sessiya yalnız bir dəfə qırmızı bayraqlarla dayandırılıb. Bunun da səbəbi trasın texniki problemi olub.

Bir çox komanda günün ilk saatlarını aerodinamika üzərində çalışmalara həsr edib. Daha sonra isə diqqəti asılqanlar və təkərlər üzərində işləməyə yönəldiblər. Nahardan sonra yağış yağdığı üçün yaşıl təkərlərə keçən sürücülər daha sonra trasın quruması ilə birlikdə sliklərə qayıdıblar və axşam saatlarında yumşaq tərkibli təkərlərlə qısa yürüşlər edərək işləyiblər.

İkinci günün sonunda Kimi Rəykkönen Soft təkərlərlə vurduğu 1:30.665 saniyəlik dövrəsi ilə protokollara başçılıq edib. Ən çox məsafə qət edən sürücü isə, ilk gündə olduğu kimi, yenə də Esteban Okon olub. O, W07 ilə 139 dövrə vurub.

Beləliklə, mövsümiçi testlər başa çatıb. Lakin Pirelli ayrı-ayrı komandalarla 2017-ci ilin təkərlərinin testlərini davam etdirəcək. Mövsüm başa çatdıqdan sonra – 29 noyabrda isə bütün komandalar Əbu Dabidə yeni təkərləri sınaqdan keçirəcəklər.

YerNSürücüKomandaZamanFərqDövrəTəkər
17Kimi RəykkönenFerrari1:30.665103Soft
224Esteban OkonMercedes AMG1:31.212+ 0:00.547139Soft
315Pyer QasliRed Bull1:31.429+ 0:00.764103Soft
434Nikita MazepinForce İndia1:31.561+ 0:00.89669SuperSoft
547Stoffel VandornMcLaren1:31.764+ 0:01.099114SuperSoft
677Valtteri BottasWilliams1:32.423+ 0:01.75898Soft
751Santino FerruççiHaas1:33.141+ 0:02.476107Soft
830Colion PalmerRenault1:33.308+ 0:02.64398Hard
938Serxio Sette KamaraToro Rosso1:34.040+ 0:03.37582Soft
1042Cordan KinqManor1:35.060+ 0:04.39570Soft
110Paskal VerlyaynPirelli136.182+ 0:05.517128Prototip

Son Xəbərlər

İnformasiya

Bölüm Testlər
Mənbə
Baxış Sayı 1. 597
Teqlər , , , ,
Paylaş

logo