S.Fuller Həmiltonun yeni meneceridir

Lyuis Həmilton bir il sürən menecer axtarışlarını başa vurub. Əvvəllər bu işi onun atası icra edirdi, amma keçən bahar Lyuis […]

Lyuis Həmilton bir il sürən menecer axtarışlarını başa vurub. Əvvəllər bu işi onun atası icra edirdi, amma keçən bahar Lyuis atasının xidmətlərindən imtina etmək qərarına gəlmişdi.

Bu gündən sonra Həmiltonun adından bütün danışıqları Saymon Fuller aparacaq, Saymon bu sahədə təcrübəli mütəxəssisdir, məşhur Spice Girls qrpunun və dünyada şöhrət qazanmış istedad axtaran Pop İdol verilişinin təsiçisi olub, hazırda Space Girls-ün solisti Viktoriya Bekhəmin, onun həyat yoldaşı futbolçu Dəvid Bekhəmin, tennisçi Əndi Marreyin, kantri müğənnisi Kərri Andervudun, model Klaudiya Şifferin meneceridir.

Lyuis Həmilton: “Qərar qəbul edərkən tələsməmək vacib idi, çünki bu seçim mənim karyeram və gələcəyim üçün vacib əhəmiyyət kəsb edir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*