S.Fettelin rəsm əsəri 16 min Avroya satılıb

Avstriyanın ORF telekanalının bazar günü idman proqramında çox maraqlı hərrac baş tutub – satışa çıxarılan Sebastyan Fettelin rəsm əsəri 16 […]

Avstriyanın ORF telekanalının bazar günü idman proqramında çox maraqlı hərrac baş tutub – satışa çıxarılan Sebastyan Fettelin rəsm əsəri 16 min Avroya satılıb: almaniyalı sürücünün çəkdiyi şəkildə o, Spada Red Bull maşınının sükanı arxasında məşhur Eau Rouge döngəsində Mixael Şumaheri qabaqlayır.

Daha bir maraqlı lotu qeyd etmək olar: Red Bull Rinq avtodromunda bir gün keçirmək, buraya NASCAR maşınında sərnişin kimi trasda bir neçə dövrə də daxildir. Lot cəmi 5 min Avroya satılıb.

Hərracda toplanmış bütün vəsaitlər ölkənin xeyriyyə fondlarına yönəldiləcək…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*