S.Fettelin qəzası RB7-nin sirlərini açıb?

Yarış ictimaiyyəti yorulmadan Ədrian Nyuinin hazırladığı maşının sirlərini öyrənməyə çalışır. Amma mövsümün dörd yarışında sükanı arxasında Sebastyan Fettelə dörd poul […]

Yarış ictimaiyyəti yorulmadan Ədrian Nyuinin hazırladığı maşının sirlərini öyrənməyə çalışır. Amma mövsümün dörd yarışında sükanı arxasında Sebastyan Fettelə dörd poul və üç qələbə qazanmağa imkan verən RB7 sirlərini açmağa tələsmir.

Türkiyə Qran Prisinin cümə sərbəst yürüşlərində yağışlı trasda Sebastyan ağır qəzaya uğramışdı. Mütəxəssislər hesab edirlər ki, qəzanın səbəbi elə adi halda RB7-ni süətli edən səbəblərdir.

Sirr deyil ki, rəqiblər hələ də Red Bull maşınlarının ön antiqanadlarının həddən çox əyilməsindən narazıdırlar. Ədrian Nyui bu qanadları elə düzəldib ki, şassi heç bir problem olmadan FİA-nın testlərini keçir, amma yarışda qanadlar az qala asfalta dəyir. Məhz buna görə də, yağışlı trasda Fettel trayektoriyadan çıxıb, baryerə çırpılıb.

Ekspertlər hesab edirlər ki, Ferrari və Mercedes GP artıq RB7-nin sirrini açmaq üzrədirlər, Türkiyədə baş verənlər isə bu komandalaar kömək edib. Hətta El Pais qəzetinin əməkdaşları da görüblər ki, dağılmış maşının ön antiqanadının bərkidicisindən hansısa naqillər çıxır.

Bu naqillərin hansı funksiya daşıdığını söyləmək çox çətindir, bəziləri güman ediblər ki, bu naqillərlə FİA-nın maşınlarda qurduğu videokameralara cərəyan verilir, amma bir şey aydındır ki, rəqiblər RB7 haqqında artıq bir az çox məlumat əldə ediblər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*