S.Fettelin kombinezonu da ən bahalıdır

Dünən Brukləndsdə Mercedes-Benz World muzeyində Wings for Life fondunun ənənəvi xeyriyyə hərracı keçirilib. Red Bull şirkətinin sahibi Diter Mateşiç və […]

Dünən Brukləndsdə Mercedes-Benz World muzeyində Wings for Life fondunun ənənəvi xeyriyyə hərracı keçirilib. Red Bull şirkətinin sahibi Diter Mateşiç və Hayns Kiniganer tərəfindən təsis olunmuş fond onurğa beyninin zədələrinin öyrənilməsini maliyyələşdirir.

Hərraca 200-dən çox müxtəlif lot çıxarılıb: qəzet və jurnallardan tutmuş əntiq avtomobillərə qədər. Ən maraqlı lot isə 2012-ci il mövsümündə starta çıxmış altı dünya çempionunun kombinezonu olub.

Ən çox pul isə Sebastyan Fettelin kombinezonuna ödənilib – alman sürücünün Avstraliya Qran Prisində geyindiyi kombinezon 13.750 funt sterlinqə satılıb. Fernando Alonsonun kombinezonu təxminən iki dəfə ucuz olub – cəmi 7.500 funt. Maraqlıdır ki, Mixael Şumaherin kombinezonuna cəmi 5.625 funt ödənilib, ən ucuz qiymət isə Kimi Rəykkönenin kombinezona verilib – 2.250 funt. Ümumilikdə hərracın təşkilatçıları 4 milyon funt sterlinq vəsait toplaya biliblər, onlardan 40 min funtu kombinezonlar qazandırıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*