25 Sentyabr 2017, Bazar ertəsi - 14:00

S.Fettelin ikinci poulu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:34 - 18 Aprel, 2009

Sebastyan Fettel sıralanma turunun son sessiyasında cəmi bir sürətli dövrəyə çıxmaqla karyerasında ikinci dəfə və Red Bull Racing komandasının tarixində […]

Sebastyan Fettel sıralanma turunun son sessiyasında cəmi bir sürətli dövrəyə çıxmaqla karyerasında ikinci dəfə və Red Bull Racing komandasının tarixində ilk dəfə poul qazanıb. Xatırladaq ki, Keçən il gənc alman sürücü Toro Rosso komandasında qazandığı ilk poulunu qələbə çevirə bilmişdi…

Sebastyan Fettel: “Hər şey son dəqiqələrdə həll olundu – mən hər sessiyada bir sürətli dövrə etdim, biricni sessiyada bərk təkərlərlə, sonrakı iki sessiyada isə yumşaq təkərlərlə. Maşın sürətlidir, amma səhvə yol verməmək lazım idi – kiçik bir xəta məni mübarizədən kənar qoya bilərdi. Mən şadam, poul həmişə qeyri-adidir. Səhər sərbəst yürüşlərdə problemimiz olmuşdu, amma sıralanma turunda hər şey alındı. Mən komandaya görə də şadam və axşam maşınla işləyən mexaniklərə minnətdarlıq etmək istəyirəm.

Yaxşı ki, bu dəfə Fernando KERS-siz start alacaq – uzun start düzlüyündə sistem böyük üstünlük verə bilərdi. Baxaq. Sabah bizi uzun yarış gzələyir və mənim birinci yerim ən yaxşı start mövqeyidir. Yarışda hər şey ola bilər, biz diqqətli olmalıyıq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 71
Teqlər
Paylaş

logo