S.Fettel yeni maşınını “Ehtiraslı Kayli” adlandırıb

Dünya çempionu Sebastyan Fettelin çox maraqlı ənənəsi var: o bütün maşınlarına qadın adları qoyur və bu adları gözəl sifətlərlə tərənnüm […]

Dünya çempionu Sebastyan Fettelin çox maraqlı ənənəsi var: o bütün maşınlarına qadın adları qoyur və bu adları gözəl sifətlərlə tərənnüm edir. Xatırladaq ki, Fettelin əvvəlki maşınları “Şirin Liz”, “Dəliqanlı Məndi” adlanırdı, amma hamı maraqlanırdı ki, yeni maşına hansı ad qoyulacaq.

Avstraliya Qran Prisinin startına çıxacaq RB7 maşının Seb “Kinky Kylie”, yəni “Ehtiraslı Kayli” adlandırmaq qərarına gəlib. Almaniyalı gənc sürücü həmişəki kimi öz seçimini zarafatla izah edib: “Onun altlığı çox cəlbedici görünür, altlıq hamardır və diqqəti əzizləyir.”

Amma bizə elə gəlir ki, yaşıl qitənin özü və yerli gözəl pop-müğənni Kayli Minouq Sebin seçiminə ciddi təsir ediblər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*